Məhkəmə qərarları › İş №8(003)-52/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-52/2023

16.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-52/2023 16.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Tələbkar "xxxx" BOKT MMC-nin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarın ləğv olunması haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xəzər rayon Məhkəməsinin 12 may 2016-ci il tarixli 2(003)-1545/2016 saylı qətnaməsinə əsasən X1, X2 və X4 3911,43 ABŞ dolları əsas, 1276,33 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, ümumi 5387,76 ABŞ dolları məbləğində borcu "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Qətnamə qanuni güvvəsini alaraq, iş Xəzər Rayon Məhkəməsi tərəfindən, Xəzər Rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir. Lakin xx.xx.2017-ci il tarixdə Xəzər rayon İcra Şöbəsi tərəfindən 2(003)-1545 saylı xx.xx.2016-ci il tarixli icra sənədi icra olunmadan geri qaytarılmışdır. "xxxx" BOKT MMC Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarın ləğv olunması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Borclu, icra məmuru ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin tələbkar məhkəmə iclasına gəlməmişdir. İşdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək hazırki ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə ərizənin geri gaytarılması barədə tələbkar "xxxx" BOKT MMC-nin ərizəsini nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü , 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Tələbkar "xxxx" BOKT MMC-nin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarın ləğv olunması haqqında ərizə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar