Məhkəmə qərarları › İş №8(003)-54/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-54/2022

06.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-54/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1 iştirakı ilə X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)- 2959/2019 №-li qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)- 2959/2019 №-li qətnaməsinə əsasən, X3 20000 manat və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000 ABŞ dolları məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 manat X5 xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, hazırda isə X2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)- 2959/2019 №-li qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, maddi vəziyyəti çox ağırdır. Heç bir yerdə işləmir. Fərdi əməklə məşğuldur. Ailəlidir, iki azyaşlı uşağı var. Bunun üçün də hal-hazırda həmin məbləği bir dəfəyəödəməyə imkanı yoxdur. Hər ay 1000 manat ödəməyə gücü çatır. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019cu il tarixli 2(003)-2959/2019 №-li qətnaməsinin hissə-hissə edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsindəki xüsatları qeyd edərək, əlavə etmişdir ki, tələbkar X7 olan borcundan 3500 və 2000 manat olmaqla ödənişlər etmişdir. Bu barədə qəbzləri də təqdim edir. Hazırda hər ay 2000 manat ödəniş etməyə söz verir. Qeyd olunanlara əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)-2959/2019 №-li qətnaməsinin hissə-hissə edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tələbkar X8 məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, borclunu dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2. maddəsinin tələbindən görünür ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün fiziki şəxslər üçün məcburidir və 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, X6 tərəfindən X5 hesabına 14.03.2022-ci il tarixdə 3500 manat, 28.03.2022-ci il tarixdə 2000 manat pul vəsaiti ödənilmişdir. Bundan əlavə, işin məhkəmə iclasında araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)-2959/2019 №li icra sənədinin birdəfəlik icra olunmasına əngəl törədən və borclu üçün əlverişsiz olan hallar həqiqətən də mövcuddur, həmçinin, borclu hər ay 2000 manat şəklində borcunu ödəyəcəyini bildirmiş, yaxın müddət ərzində borcun 5500 manatını ödəmişdir. Məhkəmə, göstərilən halları nəzərə alaraq, icra sənədinin hissə-hissə icra olunmasının tələbkarın da mənafeyinə uyğun olduğu qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)-2959/2019 №-li qətnaməsi X2 tərəfindən hər ay 2000 (iki min) manat olmaqla hissə-hissə icra olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)- 2959/2019 №-li qətnaməsi X2 tərəfindən hər ay 2000 (iki min) manat olmaqla hissə-hissə icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar