Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-55/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçılar X8 və X1 cavabdehlər X5, X12, X6, X10, X3 qarşı “Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 234/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsinin izah edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 234/2021-013 nömrəli, 05.05.2021-ci il tarixli icra sənədinə əsasən X8 və X1 nəvələri 05.06.2019cu il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-a kimi ananın iştirakı ilə görüş vaxtı müəyyən edimişdir. 02.02.2022-ci il tarixdə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2021-013 nömrəli, 05.05.2021-ci il tarixli icra sənədinə əsasən X8 və X1 nəvələri 05.06.2019cu il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00a kimi ananın iştirakı ilə görüş vaxtı barədə icra sənədi daxil olmuşdur. Lakin icra sənədində 05.06.2019-cu il təvəllüdlü X9 ilə ünsiyyətinin ananın iştirakı barədə ziddiyyət yaranmışdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru, borclu və tələbkarlar ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi, tələbkarlar, borclu məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsi ilə X8 və X1 nəvələri 05.06.2019-cu il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-a kimi ananın iştirakı ilə görüş vaxtı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Qanunvericilik məhkəmə aktına izah verilməsini onun məzmununun dəyişdirilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktının verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İş materiallarından görünür ki, qətnamənin nəticə hissəsində X8 və X1 nəvələri 05.06.2019-cu il təvəllüdlü X9 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-a kimi ananın iştirakı ilə görüş vaxtı müəyyən edilmiş olduğu qeyd edilmişdir. Ərizəçi ərizədə icra sənədində 05.06.2019-cu il təvəllüdlü X9 ilə ünsiyyətinin ananın iştirakı barədə ziddiyyət yaranmış olduğunu qeyd etsə də, ziddiyətin nə ilə bağlı olduğu öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın ifadə olunmuş və izaha ehtiyacı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamədə qeyri-müəyyən, anlaşılmaz hər hansı xüsusat mövcud deyildir və buna görə də izah verilməsi yolu ilə həmin qətnamənin icrasına münasibət bildirilməsi yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-234/2021 nömrəli, 05.05.2021-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru X2 ərizəsi rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-55/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-55/2022
09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver