Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-59/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1291/2023 nömrəli icra qeydinə əsasən X1 «Ferrum Kapital” QSC-nin xeyrinə ümumilikdə 297 manat borc, bundan əlavə tələbkar tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Cavabdeh böyük icra məmuru Mübariz Abbasov “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X2 icra sənədində göstərilən ünvanında olmuşlar, lakin tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar edilməmiş və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Həmçinin, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Hazırda tələbkar "xxxx" QSC həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra qeydinin geri qaytarılmasına səbəb borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın və gəlirlərin olmadığı göstərilmişdir. Lakin, icra məmuru borclunun və ya onun əmlakının axtarışı ilə bağlı heç bir tədbir görməmişdir. Borclu məhkəmə qərarı üzrə bugünədək heç bir ödəniş etməmişdir. Buna baxmayaraq icra məmuru borclu barəsində hər hansı inzibati xəta haqqında protokol tərtib etməmişdir. Əmlaka baxışın hansı formada keçirilməsi və hal şahidlərinin iştirakının hansı formada təmin edilməsi məsələləri ziddiyətlidir. Baxış zamanı tələbkar tərəf dəvət edilməmişdir. Hal şahidlərinə hüquq və vəzifələrinin izah edilib-edilməməsi, onların biləbilə yalan ifadə verməsinin məsuliyyətə səbəb olması barədə iltizam alınıb-alınmaması araşdırılmamışdır. Tələbkar «Ferrum Kapital” QSC-nin nümayəndəsi ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu və Bakı şəhəri Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə borclu və Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, icra məmuru borclu X3 bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə edilməsi üçün tədbirlər görməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra qeydinin geri qaytarılması haqqında qərar əsassız olduğundan şikayət təmin edilməli, Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*3-2*4 və 2*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-1291/2023 nömrəli icra qeydinin “geri qaytarılması haqqında” Bakı şəhəri Cavabdeh böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməinin xx.xx.2023-cü il tarixli 2(003)-1291/2023 nömrəli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-59/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-59/2024
21.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver