Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-6/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-189/2022 saylı qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Xəzər rayon Məhkəməsinin 2(003)-2274/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 müştərək qaydada 349.65 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Xəzər rayon Məhkəməsinin 8(003)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz C220 CDİ” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev əmlakların üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(003)-2274/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclular Borclu, X1 müştərək qaydada 349.65 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz C220 CDİ” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə Xəzər rayon Məhkəməsinin 2(003)- 2274/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi üzrə borclu tərəfindən heç bir öhdəliyin qalmadığını bidirərək icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “Mercedes Benz C220 CDİ” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi xahiş olunur. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2274/2020 saylı icra vərəqəsi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin tərəfindən Xəzər rayon İcra Şöbəsinə ünvanlanmış məktubundan görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-2274/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə məbləğ tam ödənilmiş, icra sənədinin icraatına xitam verilməsi xahiş olunmuşdur. Beləliklə, iş materiallarından görünür ki, borclu tələbkara olan borcunu ödəmiş, borclunun tələbkara borcu qalmamış, icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkara olan borcun ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatın təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Xəzər Rayon Məhkəməsinin 8(003)- 2027/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes Benz C220 CDİ” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-2027/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz C220 CDİ” minik markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-6/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-6/2023
16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver