Məhkəmə qərarları › İş №8(003)-60/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-60/2024

05.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-60/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, İcra sənədinin məhkəməyə qaytarılması haqqında Bakı şəhəri Cavabdeh böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarından "xxxx" QSC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1*84/2023 nömrəli, 1*.05.2023cü il tarixli qətnaməsi ilə cavabdeh X2 ödənilməmiş 70 manat əsas, 10,5 manat cərimə olmaqla cəmi 80,5 manat məbləğində borcun və ödənilmşdövlət rüsumuna görə 30 manatın, 0,4 manat ixdmət haqqının alınaraq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Cavabdeh böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1*84/2023 nömrəli, 1*.05.2023-cü il tarixli icra sənədinin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tələbkar "xxxx" QSC şikayətlə məhkəməyə müraciət edərək İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Cavabdeh icra məmuru Elvin Fərzəliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və icra sənədinin yenidən icraya yönəldilməsinin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə "xxxx" QSC-yə təqdim olunmuşdur. Qərarda icra vərəqəsinin geri qaytarılmasına səbəb kimi borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın və gəlirlərin olmadığı göstərilmişdir. Bakı şəhəri Cavabdeh böyük icra məmuru Mübariz Abbasov borclunun və ya borclunun əmlakının axtarışı ilə bağlı heç bir tədbir görməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1*84/2023 saylı, 1*.05.2023-cü il tarixli məhkəmə qərarı üzrə borclu bugünədək heç bir ödəniş etməmişdir. Bu isə “İcra haqqında” Azərbaycan Respublikasının 12.1-ci maddəsinin tələblərinin pozulmasına və faktiki olaraq icra vərəqəsinin icrasız qalmasına səbəb olur. Borclu tərəfindən uzun müddət məhkəmə qərarının icra edilməməsi, icra məmurunun çağırış və tələblərinə məhəl qoyulmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tələblərinin kobu şəkildə pozulması ilə nəticələnir. Lakin buna baxmayaraq icra məmuru borclu barədə inzibati xəta barədə protokol tərtib etməmişdir. Əmlaka baxışın hansı formada keçirilməsi və hal şahidlərinin iştirakının hansı formada təmin edilməsi məsələləri ziddiyyətlidir. Baxış zamanı tələbkar tərəf dəvət edilməmişdir. Hal şahidlərinə onların hüquq və vəzifələrinin izah edilib-edilməməsi, onların bilə-bilə yalan ifadə verməsinin məsuliyyətə əbəb olması barədə iltizam alınıb-alınmaması araşdırılmamışdır. Həmçinin borclunun banklardakı və digər kredit təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərin olması barədə məlumat olduqda onların üzərinə həbs qoyularaq qanunun tələbinə əsasən digər məcburi icra tədbirlərindən də istifadə etmək mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işdə iştirak edən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Cavabdeh böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və borclunun təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və boclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Həmçinin onlar borclu X3 icra sənədində göstərilən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ünvan 1 ünvanında olmuşlar. Borclunun yaşadığı mənzilə əmlakın siyahıya alınması məqsədi ilə baxış keçirilmiş,tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmamış və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İcra sənədinin qaytarılması haqqında Bakı şəhəri Cavabdeh icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir Azərbaycan Respublikası MPM-nin 78-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (78.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (78.3). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borclunun pul məbləğini ödəməsi üçün btütn tədbirlərin görülmədiyinə, həmçinin borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə müraciət edilmədiyinə görə Bakı şəhəri Cavabdeh böyük icra məmuru X1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 1*84/2023 nömrəli, 1*.05.2023-cü il tarixli icra vərəqəsinin qaytarılması barədə xx.xx.2023cü il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*3, 2*4, 2*7, 2*8-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Cavabdeh icra məmuru X1 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-1*84/2023 nömrəli, 1*.05.2023-cü il tarixli icra vərəqəsinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar