Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-61/2024 08.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 cəmi 492,4 manat məbləğində pul tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Cavabdeh böyük cra məmuru Mübariz Abbasov “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.2 və 23.1.3-ci maddələrinə əsasən icra sənədinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələbkar Ferrum Capital QSC-nin xeyrinə borclu X2 444,0 manat borc, 18,0 manat cərimə, ödənilmiş 30.0 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, ümumilikdə 492,4 (dörd yüz doxsan İki manat, qırx qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin icra sənədinin icrasını temin etmək məqsədilə, borclu X5 icra sənədində göstərilən ünvan 1 ünvanı Xəzər RPİ-nin inzibati binası olduğundan borclunun ünvanda yaşamadığı müəyyən olundu və bu barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Həmçinin, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olubolmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində heç bir əmlak aşkar edilməmişdir. Hazırda tələbkar "xxxx" QSC həmin qərardan şikayət verərək, qərarın ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin e-2(003)- 2224/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı il borclu X3 "xxxx" QSC-nin xeyrinə ümumilikdə 4*2 manat məbləğində borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmiş və məhkəmə qərarı icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2023-ci il tarixli qərarından belə məlum olur ki, Xəzər rayon məhkəməsinin e-2(003)-2224/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi geri qaytarılmışdır. Bakı şəhəri Cavabdeh xx.xx.2023-ci il tarixli qərarı xx.xx.2024-cü il tarixində "xxxx" QSC-yə təqdim olunmuşdur. Belə ki, qərardan göründüyü kimi icra vərəqəsinin geri qaytarılmasına səbəb borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın və gəlirlərin olmadığı göstərilmişdir. Lakin nəzərinizə çatdırmaq istəyirik ki, “İcra Haqqında” AR Qanununun 23.1.3-ci maddəsi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi geri qaytarıla bilər. Lakin Bakı şəhəri Cavabdeh icra məmuru Mübariz Abbasov borclunun və ya onun əmlakının axtarışı ilə bağlı heç bir tədbir görməmişdir. Xəzər rayon məhkəməsinin e- 2(003)-2224/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qərarı üzrə borclu bu günədək heç bir ödəniş etməmişdir. Bu isə “İcra Haqqında” AR Qanununun 12.1-ci maddəsinin tələblərinin pozulmasına və faktiki olaraq icra vərəqəsinin icrasız qalmasına səbəb olur. Borclu tərəfindən uzun müddət məhkəmə qərarının icra edilməməsi, İcra məmurunun çağırış və tələblərinə məhəl qoyulmaması AR İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnir. Lakin buna baxmayaraq İcra məmuru borclu barədə inzibati xəta barədə protokol tərtib etməmişdir. Bundan başqa, əmlaka baxış hansı formada keçirilməsi və hal şahidlərinin iştirakı hansı formada təmin edilməsi məsələləri ziddiyyətlidir. Baxış zamanı ilk olaraq tələbkar tərəf dəvət edilməmişdir. Bundan başqa hal şahidlərinə hüquq və vəzifələri izah edilib-edilməməsi, onalrın bilə-bilə yalan ifadə verməsinin məsuliyyətə səbəb olması barədə iltizam alınıb-alınmaması araşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zəruri tədbirlər görülmədən icra məmuru tərəfindən icra qeydinin geri qaytarılması haqqında qərar qəbul olunmuşdur və həmin qərar əsassız olduğundan şikayət təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*3-2*4 və 2*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-61/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-61/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver