Məhkəmə qərarları › İş №8(003)-63/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-63/2024

28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-63/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçılar X6 və X23 cavabdehlər X15, X7, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X18, X10, Hüseynova (Adıgözəlova) Sevil Teyyub qızı, Kazımova (Adıgözəlova) Səfurə Teyyub qızı, Əliyeva (Adıgözəlova) İntizar Teyyub qızı) qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin və çıxarışların ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(003)1334/2022 saylı qətnaməsinin izah edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin rəis vəzifəsini icra edən, rəis müavini Cavid Orucov tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin rəis vəzifəsini icra edən, rəis müavini Cavid Orucov xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı icra vərəqəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı icra vərəqəsi ilə iddiaçılar X4 və X16 iddia tələbinin qismən təmin edilməsi, 20 may 1970-ci il tarixdə vəfat etmiş X8 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin O, 111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh X11 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X12 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X20 ilə cavabdeh X17 arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X5 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X11 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarışın etibarsız hesab edilməsi: iddiaçılar X4 və X16 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq 1/2 hissədə paylarının müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat X2 ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0.04 ha torpaq sahəsinin ümumi miras əmlakdan çıxılması müəyyən edilmişdir. Bununla bağlı olaraq bildirir ki, X17 tərəfindən ********** qeydiyyat nömrəli 0,09 ha torpaq sahəsinin 0,04 ha hissəsi özgəninkiləşdirildikdən sonra X13 ********** qeydiyyat nömrəli, X7 isə ********** qeydiyyat nömrəli çıxarış hazırlanmışdır. X3 mülkiyyətində olan ********** qeydiyyat nömrəli 0,05 ha torpaq sahəsinə müvafiq icra vərəqəsində münasibət bildirilmədiyindən icra sənədinin icrasında müəyyən çətinliklər yaranmış və bu səbəbdən izah verilməsini zəruri hesab etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230-cu maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)-1334/2022 saylı qətnamələrinə izah verilməsini xahiş edir. Tərəflər qətnamənin izah edilməsi barədə ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X11 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X8 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun. üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında X11 adına hərhin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindəaparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X14 cavabdeh X17 arasında 16 İyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, cavabdeh X5 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X5 X19 arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X9 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xitdmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair onların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 20 may 1970-ci il tarixdə vəfat etmiş X8 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan torpaq sahəsinə dair cavabdeh X11 adına verilmiş 27 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi və onun əsasında X11 adına həmin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X21 ilə cavabdeh X17 arasında Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh X5 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeyd və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdeh X11 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, 0.0219 ha sahəsinə dair çıxarış etibarsız hesab edilməsi, iddiaçılar X4 və X16 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə vərəsəlik hüquqları tanınaraq 1/2 hissədə payları müəyyən edilmiş, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Bakı şəhəri 7 saylı Xüsusi Notariat X2 ilə X19 arasında bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 0,04 ha torpaq sahəsi ümumi miras əmlakdan çıxılması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı qətnaməsinə izah verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin rəis vəzifəsini icra edən, rəis müavini Cavid Orucovun ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X11 adına verilmiş, 27 aprel 2021-ci il tarixli 20 may 1970-ci il tarixdə vəfat etmiş X8 adına qeydə alınmış, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi, 42 saylı evə və həmin evin 0,111930 ha ölçüdə olan yerləşdiyi torpaq sahəsinə dair qanun. üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və onun əsasında X11 adına hərhin evə və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində-aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X14 cavabdeh X17 arasında 16 İyun 2021-ci il tarixdə bağlanılan bağışlama müqaviləsinin, cavabdeh X5 adına verilmiş ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, cavabdeh X5 X19 arasında 28 yanvar 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 0,09 ha ölçüdə olan 0.04, ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin, X9 adına 0,04 ha torpaq sahəsinə dair Daşınmaz Əmlak Dövlət Reyestri Xitdmətinin 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi və bundan sonra olan bütün hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsi ünvanında yerləşən 42 saylı evə və həmin evin yerləşdiyi 0,111930 ölçüdə olan torpaq sahəsinə dair onların vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq iddianı qismən təmin etmiş, həmin əmlakla bağlı olan bütün çıxarışları etibarsız hesab etmiş, yalnız X1 0,04 ha torpaq sahəsini nəzərə alaraq ümumi miras əmlakdan çıxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, izahın verilməsinə əsas olmadığı üçün ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin qanunun 14.2-ci maddəsinə görə məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı qətnamənin qət etdi hissəsindən görünür ki, məhkəmə mahiyyət etibarı ilə yalnız iddia ərizəsində irəli sürülmüş tələb üzrə işə baxmış və nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qətnamənin izahına zərurət yoxdur və bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı qətnaməsinə izah verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin rəis vəzifəsini icra edən, rəis müavini Cavid Orucovun ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(003)1334/2022 saylı qətnaməsinə izah verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin rəis vəzifəsini icra edən, rəis müavini Cavid Orucovun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar