Məhkəmə qərarları › İş №8(003)-65/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-65/2023

01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-65/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmurunun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022-009 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2697 manat məbləğində pul vəsaiti tələbkar X1 xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Xəzər rayon İcra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə birgə borcluya göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Bundan sonra icra tədbirləri davam etdirilərək borclunun adına daşınar və daşınmaz əmlakların, banklarda pul vəsaitinin olub-olmaması barədə aidiyyatı təşkilatlara sorğular göndərilmiş, lakin Borclu adına daşınar və daşınmaz əmlak, banklarda pul vəsaiti müəyyən edilməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbir görülməlidir. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu 2650 manat pul, 47 manat dövlət rüsumu olmaqla ümumilikdə 2697 manat məbləğində pul alınaraq X1 xeyrinə ödənilməlidir. -Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1550/2022-009 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra icraatına başlanılaraq Borclu icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. Həmin qərarı Borclu xx.xx.2022ci il tarixdə şəxsən almışdır. -Xəzər rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş bildirişdən aydın olur ki, Borclu tələbin könüllü icrası təklif olunmuş və könüllü icra etməyəcəyi təqdirdə məcburi qaydada icra hərəkətlərinin həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. Həmin bildirişi Borclu xx.xx.2022-ci il tarixdə şəxsən almışdır. -Borclu tərəfindən verilmiş izahatlardan məlum olur ki, sonuncu icra sənədi ilə bağlı verilmiş qərar və bildirişlə tanış olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Borclu barəsində axtarış elan edilmiş və qərarın icrası Xəzər Rayon Polis İdarəsinə həvalə edilmişdir. İş materiallarından məlum olur ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular verilmiş, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olmaması müəyyən edilmişdir. Eyni zamanda mülkiyyət hüququ ilə ona məxsus hər hansı bir əmlakın olması aşkar edilməmişdir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimata məhkəmə baxışı zamanı borclunun icra sənədini könüllü icra etməməsi müəyyən olunduğundan məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını mümkün hesab edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin təqdimatı təmin edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar