Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-66/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, X1 iştirakı ilə X2 Əzizbəyov Rayon Məhkəməsinin 2-218/2005 saylı xx.xx.2005-ci il tarixli qətnaməsinə düzəliş edilməsi barədə ərizəsi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əzizbəyov Rayon Məhkəməsinin 2-218/2005 saylı, 11.05.200-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X3 ilə Hüseynova /Ağayeva/ Aytən Qafil qızı arasında 14 dekabr 1999-cu il tarixdə Əzizbəyov rayon VVAQ şöbəsində bağlanmış Vİİ-ЖГ 386921 seriyalı 503 saylı nigah qeydiyyatı pozulmuşdur. X4 ərizə ilə müraciət edərək, Əzizbəyov Rayon Məhkəməsinin 2-218/2005 saylı 11.05.200-ci il tarixli qətnaməsinə düzəliş edilməsini xahiş etmişdir. Daha sonra X4 ərizə ilə müraciət edərək, hazırda məsələnin məhkəmədən kənar həllini tapdığına görə həmin ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmiş və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin ərizədən imtina etmə əsaslarını araşdıraraq hesab edir ki, ərizəçinin ərizədən imtina etməsi özünün subyektiv hüququ olub, onun ərizədən imtina etməsi hər hansı fiziki və ya hüquqi şəxsin hüququ ilə bağlı deyildir və bu imtina hər hansı şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Buna görə də ərizəçinin ərizədən imtinası qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Əzizbəyov Rayon Məhkəməsinin 2-218/2005 saylı 11.05.200-ci il tarixli qətnaməsinə düzəliş edilməsi barədə iş üzrə ərizəçinin ərizədən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-66/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-66/2024
22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver