Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-67/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları Tələbkar Borclu qarşı alimentin icra qaydasında indeksləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2180/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğ artırılaraq, borcludan hər ay onun xeyrinə uşaqların saxlanması üçün hər ay yetkinlik yaşına çatanadək saxlanılması üçün müraciət etdiyi vaxtdan sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.64 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar tələbini onunla əsaslandırmışdır ki, onunla borclu aradında olan nikah Xəzər rayon Məhkəməsinin 2(003)-2180/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Qətnaməyə əsasən birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 onun himayəsinə verilməklə, onun yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə 200 (iki yüz) manat məbləğində alimentin Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Uşaq böyüdükcə və təlabatları artdıqca o onun təlabatlarını tək başına ödəyə bilmir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Hümbətov İlham alimenti vaxtında ödəyir, borcu yoxdur. Məhkəmə iclasında iştirak edən Borclu bildirdi ki, alimenti həmişə vaxtında ödəyib. Hazırda 690,0 manat məbləğində əmək haqqısı var və əalvə 2 uşağa var. Ökə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində ödəməyə razıdır. İş materiallarına əlavə olunmuş sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2180/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında xx.xx.2015-ci il tarixdə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2209 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X4 anası Tələbkar himayəsində saxlanılmış və xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 200 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmuşdur. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X2 atası Borcludur. 002629 nömrəli vəsiqənin sürətindən görünür ki, Borclu şəhid ailəsi üzvüdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-2180/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını indeksasiya edərək, Borclu oğlundan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının sonrakı artımları nəzərə almaqla 0,64 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün Borcludən alimentin tutularaq Tələbkarya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, Tələbkar məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Göründüyü kimi, 2024-cü ildə tələbkarın xeyrinə aliment tutularkən ölkə üzrə minimum əmək haqqı 345,0 manat təşkil etmiş, məhkəmə tərəfindən uşağın saxlanması üçün hər ay 200,0 manat sabit pul məbləğində aliment tutulmuşdur ki, bu da həmin dövrdə olan minimum əmək haqqının 0,57 (200:345) mislini təşkil etmişdir. Hazırkı ərizə məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Minimum əmək haqqı məbləğinin 0,57 misli 228,0 manat təşkil edir. Məhkəmə, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, iddiaçının uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehə tutulmalı olan alimentin miqdarı hər ay uşağın saxlanılması üçün minimum əmək haqqı məbləğinin 0,57 misli məbləğində müəyyən edilməlidir. Bununla belə, məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği məhkəməyə müraciət edildiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2180/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün üçün Borcludan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Ərizə qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2180/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment məbləği dəyişdirilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün üçün Borcludan Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-67/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-67/2025
25.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver