Məhkəmə qərarları › İş №8(003)-69/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-69/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-69/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Borclular Borclu1 və Borclu2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2288/20** saylı, **.05.20**-ci il tarixli icrа sənədinin icrasını təmin etmək məqsədi ilə borclular Borclu1 və Borclu2 Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi bаrədə şöbənin icra məmuru Pərvin Mehralıyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Pərvin Mehralıyev məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2288/20** saylı, **.05.20**-ci il tarixli icrа sənədinin icrasını təmin etmək məqsədi ilə borclular Borclu1 və Borclu2 Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2288/20** nömrəli, **.05.20**-ci il tarixli icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 5267,79 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi **.05.20**-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclular Borclu1 və Borclu2 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclular icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclular bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilərək borclular Borclu1 və Borclu2 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 icra məmurunun çağırışlarından heç vaxt yayınmadığını qeyd etmiş və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu2 icra məmuru tərəfindən şöbəyə heç vaxt çağırılmadığını qeyd etmiş və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkar və Bakı şəhəri Xəzər rayon İcra Şöbəsi, lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclaında öz nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimаt təmin еdilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi, mövcud qanunvericiliyin mahiyyətinə əsasən, məcburi gətirilmə tədbiri icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunur. Hazırki təqdimatda isə icra məmuru tərəfindən borclular Borclu1 və Borclu2 onun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınması qeyd edilsə də, bu barədə hər hansı sübut əlavə olunmamışdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu1 xx.xx.2024-cü il tarixdə izahatı alınmışdır. Bundan sonra borcluların icra şöbəsinə çağırılması və borclunun çağırışa gəlməkdən boyun qaçırması barədə hər hansı bir sənəd əlavə edilməmişdir. Eyni zamanda qeyd edilməldir ki, məhkəmə iclasında iştirak edən borclular Borclu1 və Borclu2 öz izahatlarında icra məmuru tərəfindən onların icra şöbəsinə çağırılması ilə əlaqədar heç bir məlumat verilmədiyini bildirmişdirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluların icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınması müəyyən edilmədiyindən məcburi gətirilmə tədbirinin tətbiq edilməsinə də zərurət yoxdur. Buna görə də təqdimat təmin edilməməlidir. Yuхаrıdа göstərilənlərə əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki-Prоsеssuаl Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2288/20** saylı, **.05.20**-ci il tarixli icrа sənədinin icrasını təmin etmək məqsədi ilə borclular Borclu1 və Borclu2 Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilməsi bаrədə şöbənin icra məmuru Pərvin Mehralıyevin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar