Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-70/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(003)-1437/2020 №-li icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(003)-1437/2020 №-li icra sənədinə əsasən, iddiaçı X1 26 iyul 2009-cu il təvəllüdlü X4 və 18 dekabr 2012-ci il təvəllüdlü X2 ilə ardıcıl olaraq, hər həftənin şənbə günü saat 12:00-dan bazar günü axşam 20:00-dək, hər il Yeni il bayramı, Ramazan bayramı və Qurban bayramının birinci qeyri-iş günü ikinci qeyri-iş günü axşam 18:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Hazırda Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfov qeyd olunan icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(003)-633/2020 №-li icra sənədi 10.12.2020-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Borclu dəfələrlə xəbərdarlıq edilmiş, şöbəyə dəvət olunmuş, lakin borclu heç bir səbəb gətirmədən şöbəyə gəlməmişdir. 09.02.2022-ci il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(003)-1437/2020 №-li icra sənədi üzrə borclu – 08.07.1980-ci ildə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-70/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-70/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver