Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-73/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ X4 şikayətlə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair icra məmurunun xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək, icra vərəqəsinin icra edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, VAZ 21150 minik markalış ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitədən ibarət miras əmlakın 4/6-hissəsin X3 və 1/6 hissəsinə X2 pay hüququ (möcburi pay) müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin icra sənədinə əsas olmuş qətnamədən onun tərəfindənapellyasiya şikayəti verilmiş və həmin şikayət Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Lakin buna baxmayaraq həmin qətnamə üzrə icra vərəqəsi verilmiş və Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam, verilməsinə dair icra məmuru xx.xx.2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır X4 ərizə ilə müraciət edərək, şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət geri qeytarılmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-18/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-281/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-18/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)- 281/2023-034 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində əsasən VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitədən ibarət miras əmlakın 4/6 hissəsinə X3 və 1/6 hissəsinə X2 pay hüququ (məcburi pay) müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-18/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5 və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hazırda sözügüdən şikayətə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. X1 ərizə ilə müraciət edərək, şikayətin geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən də, şikayətin geri qaytarılması barədə ərizə verildiyindən, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ərizənin geri qaytarılması ilə bağlı konkret hüquq norması nəzərdə tutulmadığından bununla əlaqədar olaraq məhkəmə həmin Məcəllənin 13.4-cü maddəsini rəhbər tutub, analoji münasibətləri tənzimləyən hüquq normasına istinad etməyi zəruri hesab edir. Yəni həmin maddənin tələbinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Hazırkı mülki iş ilə əlaqədar isə məhkəmə hesab edir ki, həmin Məcəllənin 170.1-ci maddəsi, yəni iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Həmin maddədə, daha dəqiq ifadə etsək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması əsaslarından biri iddia ərizəsinin geri qaytarılması barədə vəsatətin verilməsidir. Beləliklə məhkəmə hesab edir ki, X3 ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən şikayət geri qytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü , 266-268cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilərək icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-73/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-73/2024
13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver