Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-73/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, X7 katibliyi, Tələbkar X3 iştirakı ilə, Tələbkar X3 Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin halları Tələbkar X4 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xəzər Rayonu Məhkəməsinin 2(003)-2326/2023-007 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Tələbkar qalan aliment borcunun düzgün hesablanaraq, ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər Rayonu Məhkəməsinin 2(003)2326/2023-007 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu hər ay, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməli idi. Qeyd edir ki, hesablamalar əsasında Borclu 394 (üç yüz doxsan dörd) manat məbləğində aliment borcu olmasına baxmayaraq Bakı şəhər Xəzər Rayon İcra Şöbəsinin İcra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu Pərvin Mehralıyev tərəfindən xx.xx.2025-ci il tarixli, 1150/23M saylı icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İcra məmurunun yanında yenidən hesablamalar aparılmasını xahiş etsə də məmur məni təhqir edib, zor tədbiq edərək otağından qovmuşdur. İcra məmuru tərəfindən mübahisəli məsələ həll olunmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra şikayət ərizəsini dəqiqləşdirərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2326/2023-007 saylı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 2(003)-2326/2023 saylı icra sənədləri üzrə Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən tələbkar X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Bakı şəhər Xəzər Rayonu Məhkəməsinin icra sənədi üzrə Borclu hər ay, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməli idi. Hazırda isə borculunun ödənilməmiş 340,0 manat borcu qalıb. Məhkəmənin əvvəlki iclasında iştirak edən Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirdi ki, icra sənədi onun icra sənədi onun icraatına daxil olduqdan sonra borclu bütün ödənişlər etmişdir. Bu onu deməyə əsas verir ki, borclu artıq onun sözügedən icra sənədi üzrə öhdəliyini yerinə yetirmişdir. Hazırda şikayəti qəbul etmir və şikayətin təmin edilməməsini xahiş etdi. Borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Şikayətə etirazın dəlilləri Şikayətə qarşı yazılı etirazla müraciət edilməmişdir. İş materiallarına əlavə olunmuş sənədlər - Bakı şəhər Xəzər Rayonu Məhkəməsinin 2(003)-2326/2023-007 saylı xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu hər ay, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. -Bakı şəhər Xəzər Rayonu Məhkəməsinin 2(003)-1699/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-2326/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200,0 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər Xəzər Rayonu Məhkəməsinin 2(003)-2326/2023-007 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhər Xəzər Rayonu Məhkəməsinin 2(003)-1699/2024-006 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin məhkəməyə ünvanladığı məktubdan görünür ki, Tələbkar X3 şöbəyə təqdim etdiyi illər üzrə Kapital bank ödəniş kartı çıxarışından həmçinin Borclu təqdim etdiyi illər üzrə qəbzlərdən borclunun yuxarıda qeyd olunan icra sənədləri üzrə heç bir borcu müəyyən edilməmişdir. Odur ki xx.xx.2025-ci il tarixdə icra sənədlərinin "icraatına xitam verilməsi haqqında" qərar qəbul olunaraq işlər üzrə icraata xitam verilmişdir. - Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2326/2023-007 saylı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 2(003)-2326/2023 saylı icra sənədləri üzrə "icraatına xitam verilməsi haqqında" qərar qəbul olunaraq işlər üzrə icraata xitam verilmişdir. -Tələbkar aid bank hesabından çıxarışdan görünür ki, bank hesabına 3506, 87 manat ödəniş olunub. Əlavə olaraq sonradan 250 manat ödəniş edilib. - ödəniş qəbzlərin sürətindən görünür ki, Borclu tərəfindən Kazımov Müşfiqə 2371,12 manat ödəniş edilib. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 129. məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu -Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 107.2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Maddə 107.2. məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu 43.1-ci maddəsinə əsasən, icra tədbirlərinə daxildir borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür. 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarı: -İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.2. məhkəmənin qanuni qüvvəyə qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1 işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Pərvin Mehralıyevin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2326/2023-007 saylı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 2(003)-2326/2023 saylı icra sənədləri üzrə "icraatına xitam verilməsi haqqında" qərarı qanuni və əsaslı deyildir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Pərvin Mehralıyevin xx.xx.2025-ci il tarixli qərarını onunla əsaslandırmışdır ki, Borclu aliment borcu qalmamışdır və öhdəliyi tam yerinə yetirməsini sübut edən qəbzlərin olması iş üzrə icraata xitam verilməsinə əsas olmuşdur. Şikayətlə bağlı icra sənədi üzrə icra işi məhkəmənin sorğusu əsasında Xəzər rayon icra şöbəsində alınaraq, icra işi nəzərdən keçirilmişdir. Məhkəmə iclasında tələbkarın və icra məmurunun izahatları dinlənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hüseynin yetkinlik yaşına çatanadək 3 ay müddətində 170,0 manat aliment olmaqla, cəmi 510,0 manat, Zəhra üçün isə 12 ay 170,0 manat, 6 ay isə 200,0 manat olmaqla cəmi 3750,0 manat aliment təşkil edir. Hər iki uşağa görə cəmi 3750,0 manat ödəniş edilmişdir ki, bu da tələbkarın bank hesabından çıxarışında göstərilən məbləğlə eynilik təşkil edir. Mövcud icra işi çərçivəsində müəyyən edilmişdir ki, borclu tərəfindən tələbkara qarşı olan aliment öhdəliyi tam şəkildə icra olunmuş, yəni borc tam ödənilmişdir. Bu fakt həm icra məmurunun apardığı araşdırmalarla, həm də təqdim olunmuş ödəniş sənədləri ilə təsdiqlənmişdir. Bu səbəbdən icra məmuru qanunvericiliyə uyğun olaraq, icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Həmin hallar məhkəmə araşdırması zamanı xüsusi ilə nəzərə alınmış və tələbkarın borclu ilə ailə münasibətlərini bərpa edib, birlikdə yaşadıqları müddət ərzində borclunun uşaqların maddi və mənəvi ehtiyaclarını qarşılamaması ilə bağlı hər hansı bir neqativ fikir bildirməmişdir. Məhkəmə hesab edir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi və bunun nəticəsində də, icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalıdır. Məhkəmə məhz göstərilən aspektdən çıxış edərək, belə qənaətə gəlmişdir ki, Tələbkarın şikayət ərizəsində göstərdiyi əsaslar hüquqi və faktiki baxımdan əsassızdır. Əgər borc tam şəkildə ödənilmişsə və icra sənədində nəzərdə tutulan tələblər artıq yerinə yetirilibsə, icraatın davam etdirilməsi hüquqi zərurətdən məhrum olur. Bu halda, icra məmurunun qərarının ləğv edilməsi üçün heç bir əsas mövcud deyil. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun tələblərinə əsasən, icraatın əsas məqsədi müvafiq məhkəmə qərarının və ya digər icra sənədinin icrasını təmin etməkdir. Borclu tərəfindən icra sənədində nəzərdə tutulmuş öhdəlik tam şəkildə yerinə yetirildikdə, icra icraatına xitam verilir. İcra məmuru öz səlahiyyətləri çərçivəsində və qanunvericiliyin tələblərinə uyğun olaraq hərəkət etmişdir. Onun icraata xitam verilməsi barədə qərarı hüquqi baxımdan əsaslandırılmış və icra sənədinin icrası tam təmin olunduqdan sonra qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2326/2023-007 saylı xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 2(003)-2326/2023 saylı icra sənədləri üzrə "icraatına xitam verilməsi haqqında" qərarı ləğv edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Tələbkar X3 Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə)Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-73/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-73/2025
08.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver