Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-74/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsinə dair X1nun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və həmin torpaq sahəsinin geri qaytarılması möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(003)-44/2023 saylı qətnaməsi ilə iddiaçı X4 ona qarşı Buzovna qəsəbəsində yerləşən 1-1128 nömrəli, 0,0378 ha həyətyanı torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsi üzərində qanunsuz inşa edilmiş fərdi yaşayış evinin sökülməsi, torpaq sahəsinin ona qaytarılması barədə iddiası qismən təmin edilmiş, X4 mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 11128 nömrəli, 0,0378 ha həyətyanı torpaq sahəsində X7 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertin sxemində göstərdiyi 78 kv/m hissədə boşaldılaraq X2 alınması və Əhmədovaya təhvil verilməsi hissəsində təmin edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya göndərilmişdir. Ərizəçinin himayəsində iki azyaşlı uşağı var. Onlardan biri gözdən əlildir, əməliyyata ehtiyacı var. İndiki qış mövsümündə şaxta-qarlı havada onun ailəsi ilə yaşadığı evi tərk etməyi qeyri-mümkündür və kirayədə qalmaq üçün maddi imkanı yoxdur. Digər yaşayış sahəsi yoxdur. Göstərilənlərə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli yuxarıda göstərilən qətnaməsi üzrə qətnamənin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X4 mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 11128 nömrəli, 0,0378 ha həyətyanı torpaq sahəsində X7 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertin sxemində göstərdiyi 78 kv/m hissədə boşaldılaraq X2 alınması və Əhmədovaya təhvil verilməsi hissəsində təmin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 437 saylı tibbi rəyin sürətindən görünür ki, X5 gözünün buynuzlu gişasının degenerasiyası müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 062695 nömrəli vəsiqənin sürətindən görünür ki, X6 əlillik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli tibbi rəyin sürətindən görünür ki, X5 gözündə fəsadlı katarakta müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, icra sənədinin icrasına möhlət verilməsi və hissə-hissə icra edilməsi qanunla borclu şəxsin əmlak vəziyyəti ilə müəyyən edildiyindən X7 isə icra sənədinin icrası üçün ona çətinlik törədən və yaxud onun üçün yaranmış əlverişsiz halların nədən ibarət olması barədə sübutu məhkəməyə təqdim etmədiyindən, bununla da, onun əmlak vəziyyəti müəyyən edilmədiyindən, onun istinad etdiyi hallar məhkəmədə sübut olunmadı. Məhkəmə qeyd edir ki, qətnamənin borclunun tələb etdiyi qaydada möhlət verilməklə icra edilməsi tələbkarın hüquqlarını və qanuni maraqlarını pozur. Məhkəmə borclu ilə yanaşı tələbkarın mənafeyini nəzərə alıb, qətnaməni möhlət verilmək icra etmək üçün müstəsna hal olmadığını əsas tutaraq hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə X1nun ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə X1nun ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-74/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-74/2024
28.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver