Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-76/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2045/2017 nömrəli, 06 fevral 2018-ci il tarixli icra sənədinə əsasən iddiaçı "xxxx" QSC-nin xeyrinə 14926,27 (on dörd min iyirmi altı dollar, iyirmi yeddi sent) ABŞ dolları məbləğində əsas borcun, 2344,52 (iki min üç yüz qırx dörd dollar, əlli iki sent) ABŞ dolları məbləğində faiz borcunun, 200 (iki yüz) ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 17470,79 (on yeddi min dörd yüz yetmiş dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində borcun ödəniş gününün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər X4, X2, X1 və Borclu birgə qaydada tutulması qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-512/2018 nömrəli, 10 sentyabr 2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21214” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-512/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 21214” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2045/2017 nömrəli, 06 fevral 2018-ci il tarixli icra vərəqəsi üzrə başlanılmış icraata xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan məbləğ X4, Borclu və X2 tərəfindən ödənilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2045/2017 nömrəli, 06 fevral 2018-ci il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 20.3-cü və 20.8-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir və icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borclular tələbkara olan borclarını ödəmişlər, borcluların tələbkara borcları qalmamış, icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkara olan borcun ödənilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatının təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-512/2018 nömrəli, 10 sentyabr 2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21214” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-512/2018 nömrəli, 10 sentyabr 2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 21214” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №8(003)-76/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-76/2023
09.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver