Məhkəmə qərarları › İş №8(003)-76/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-76/2024

29.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-76/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızının sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-684/2023 nömrəli, 15 may 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Shoqair X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə təqdimatla məhkəməyə müraciət edərək, borclu Shoqair X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 16 may 2023-cü u il tarixli qərarla icraata başlanılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(003)-684/2023- 028 nömrəli, 15 may 2023-cü il tarixli icra sənədinə əsasən xx xxxx 1988-ci il təvəllüdlü X1 vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 8, mənzil 3 ünvanında qeydiyyatda olan borclu X5 Maroufdan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 20 dekabr 2020-ci il tarixdən başlayaraq hər ay cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi 16 may 2023-cü il tarixində Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələb dərhal olmasına baxmayaraq ona tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. “EMF” portal məlumatı və borclunun xarici vətəndaş olmasına istinadən borclu tez-tez ölkə hüdudlarını tərk edir. İcra sənədi üzrə aliment hesablandığı gündən bu günədək borclu tərəfindən heç bir ödəniş olunmamışdır və hazırda yaranmış borc 5720 manat təşkil edir. Bakı şəhəri Xəzər rayon icra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş e114967/2023-12-20-004 nömrəli icra işindən görünür ki: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-684/2023 nömrəli, 15 may 2023cü il tarixli icra sənədinə əsasən 20 iyun 2016-cı il təvəllüdlü X6 Mohammad Marouf və 02 fevral 2020-ci il təvəllüdlü X3 X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X5 Maroufdan 20 dekabr 2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220,0 manat olmaqla, cəmi 440,0 manat məbləğində sabit pul şəklində aliment tutularaq Tələbkar ödənilməlidir. qeyd olunan icra sənədi 16 may 2023-cü il tarixində Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olmuşdur; Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən 16 may 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar rəsmi qaydada tələbkar və borcluya göndərilmişdir; 17 oktyabr 2023-cü il tarixli aktdan görünür ki, icra məmurları hal şahidləri ilə birlikdə icra sənədinin icra olunması məqsədilə borclunun icra vərəqəsində qeyd olunan (ünvan 1 ünvanda olmuşlar, həmin zaman borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır. Bu səbəbdən icra işinin icrasını təmin etmək mümkün olmamışdır; Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 19 oktyabr 2023-cü il tarixli “borclunun axtarışı haqqında” qərarından görünür ki, aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Shoqair X4 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından həmin şəxs barəsində axtarış elan edilmiş və qərar icra edilməsi üçün 19 oktyabr 2023-cü il tarixli məktubla Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə göndərilmişdir; Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-13-45\2-25821/23 nömrəli məktubundan görünür ki, Shoqair X4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 8, mənzil 3 ünvanında qeydiyyata alınmış və ona verilən müvəqqəti yaşayış üçün icazənin etibarlılıq müddəti bitmişdir. Belə olan halda həmin şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində axtarış işinin açılması mümkün olmadığından qərar icra olunmadan geri qaytarılmışdır; Bakı şəhəri Xəzər Rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinə gönədirilmiş 21 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Shoqair X4 hal-hazırda hansı ünvanda qeydiyyatda yaşaması barədə icra şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 08 yanvar 2024-cü il tarixli, 3-37/2-1xx-xx/2024 nömrəli məktubundan görünür ki, X5 Marouf sonuncu dəfə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 8, mənzil 3 ünvanında qeydiyyata alınmışdır; Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin 17 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, borclu Shoqair X4 yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə göndərilmişdir; İş materiallarından həmçinin görünür ki, borclunun adına pul vəsaitinin olubolmaması barədə aidiyyəti qurumlara sorğular verilmiş, lakin borclunun adına bank hesabının mövcud olması müəyyən edilməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-684/2023 nömrəli, 15 may 2023-cü il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlanılmış, bu barədə borcluya “icraata başlamaq haqqında” qərar və bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə borcu ödəməmişdir. Bununla yanaşı borclu barəsində icra şöbəsi tərəfindən axtarış elan edilmiş, həmçinin bank hesabları barədə məlumat əldə edilməsi üçün müvafiq sorğular verilsə də, nəticəsi olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqət məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Shoqair X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 263, 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu xx xxxx 1988-ci il tarixdə X2 anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi, ev 8, mənzil 3 ünvanında qeydiyyatda olmuş Shoqair X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar