Məhkəmə qərarları › İş №8(003)-77/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-77/2023

15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-77/2023 15.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov Borclu mülkiyyətində olan “ZİL 431410” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2045/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X2, X4 və Borclu 17470.79 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Görülmüş icra tədbirləri zamanı Borclu mülkiyyətində olan “ZİL 431410” yük markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2045/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə başlanmış icraata xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə Xəzər Rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, icra şöbəsinin və tələbkarın nümayəndəsi, borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2045/2017 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin xeyrinə 14926.27 ABŞ dolları məbləğində əsas borc, 2344.52 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 17470.79 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu cavabdehlər X2, X4, X1 və Borclu birgə qaydada tutulmalıdır. -Xəzər rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2045/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanmış və tələbin 10 gün müddətində könüllü təmin edilməsi təklif edilmişdir. -Xəzər rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli 8(003)-519/2018 saylı qərardadından görünür ki, Borclu məxsus olan “ZİL 431410” yük markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. -Tələbkar "xxxx" QSC tərəfindən Xəzər rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 018505 saylı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2045/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən məbləğ banka tam olaraq ödənilmişdir. -Xəzər rayon İcra Şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2045/2017 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İşin araşdırılmış hallarından görünür ki, borcluya məxsus əmlakların üzərinə həbsin qoyulmasına əsas olmuş icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, borcluya məxsus əmlakın (avtomobilin) üzərində həbsin qalmasına olan zərurət aradan qalxdığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-519/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən borclu - Borclu məxsus olan “ZİL 431410” yük markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-519/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu - Borclu məxsus olan “ZİL 431410” yük markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar