Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-77/2024 14.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, X1 iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 nömrəli icra sənədi üzrə icra işinin icaatını aparan icra məmurunun hərəkətlərindən X6 şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X7 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 86/2023 saylı icra vərəqəsi üzrə icra işinin düzgün, qanuni icra edilməsi üçün icra məmuru tərəfindən qərarı qəbul etmiş məhkəməyə qərarın izah olunmasına dair təqdimat verilməsi vəzifəsinin qoyulması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli 3 mərtəbəli bağ evi yuxarıda qeyd olunan 400 və 401 saylı bağ sahələrinin ərazisində yerləşmir. Həmid ev qeyd olunan sahələrdən kənarda sənədsiz olan, atamın digər şəxsdən şifahi razılaşdırma əsasında əldə etdiyi ərazidə yerləşir. Apellyasiya məhkəməsi iddiaçının verdiyi izahata, 400, 401 və 3 mərtəbəli binanın yerləşdiyi torpaq sahəsi arasında hasarın və ya digər üsulla olan mərzlənmənin olmamasına əsaslanaraq, binanın yerləşdiyi ərazinin 401 saylı bağ sahəsinin ərazisi hesab edib, Həmid sahəni və üzərində tikilmiş evi birgə nikah dövründə əldə edilmiş əmlak olması kimi səf nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi araşdırmalı olan məqama hüquqi qiymət verməli idi ki, bunu da etmədi. Ən başlıcası isə odur ki, 3 mərtəbəli binanın yerləşdiyi torpaq ərazisi xaric olmaqla 400 və 401 bağ sahələrinin ümumi sahəsi 0,20 ha təşkil edir ki, edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin cavabdeh və iddiaçı ilə bağladığı 13196 və 31683 saylı müqavilər əsasında bizə ayrılmış torpaq sahələrinin ölçülərinə uyğundur (bizim hər birimizə 0.1 ha torpaq sahəsi verilmişdir). Qanuni qüvvəyə minmiş məhkəmə qərarını mübahisələndirmək fikri yoxdur. Lakin sözügedən qərarın icrası aşağıdakı səbəblərdən icrası mümükün olmayacağını dəfələrlə icra məmurunun diqqətinə çatdırmağa çalışmışdır. Belə ki, mübahisəli 3 mərtəbəli bağ evi harada yerləşməsi məhkəmə qərarında öz əksini tapmamışdır. Qərarda göstərilən əşyaların yerində olmamsı və birinci instansiya məhkəməsi tərəfindən təmin tədbiri qərarı icra edilərkən indi icra işi icraatını aparan icra məmuru tərəfindən qərarda öz əksini tapan əşyaların olmamısı onun tərəfindən aktlaşdırılmışdır. İcra məmuru açıq şəkildə özünün tələbkarla bir olduğunu ortaya qoyur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı icra vərəqəsi üzrə icra işinin düzgün, qanuni icra edilməsi üçün icra məmurunun qəararın izah edilməsi üçün icra məmuru tərəfindən qərarı qəbul etmiş məhkəməyə qərarın izah olunmasına dair təqdimat verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 şikayətin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Ərizəyə baxılması barədə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində görünür ki, iddiaçı Tələbkar apellyasiya şikayəti təmin edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-238/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissədə ləğv edilmiş, Həmid hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Həmid hissədə təmin edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 401A №-li bağ sahəsi ünvanında yerləşən 0,10 hektar torpaq sahəsində 3 mərtəbəli, 600 kv.m sahəsi olan bağ evinə iddiaçı Tələbkar 1/2 hissədə pay hüququ tanınmış, cavabdeh X5 «ROSENTHAL» nahar dəsti 24 person dəyəri 1400 ABŞ dolları, servis «ROSENTHAL» çay dəsti 24 person -dəyəri 600 ABŞ dolları, servis «Napoleon» 6 persona, çay dəsti- dəyəri 1800 ABŞ dolları, mətbəxdə LUMİNARC badələri 24 ədəd-200 manat, mətbəxdə SKANDİNAVİYA badələri 16 ədəd200 manat, qəhvə servisi, əntiq LFZ 6 ədəd antikvariat “made in SAİNT PETERSBURG”, qızılı çay servisi əntiq rubinlərlə 6 person, servis İVOİRE VİLEEROY BOCH 12 person, nahar üçün dəst, 12 person çay üçün dəst 2000 ABŞ dolları, çəngəl, bıçaq dəsti “made in Germany” (yeni) 12 person-120 ABŞ dolları, çəngəl, bıçaq dəsti “made in Germany” (işlənmiş) - 12 person-120 ABŞ dolları, böyük farfor fiqurlar 2 ədəd, biri 150 ABŞ dolları, biri antik cehiz, VİLLEROY BOCH böyük vazaları 2 ədəd-120 ABŞ dolları, VİLLEROY BOCH stakanaltıları - 12 ədəd-180 ABŞ dolları, ağ ROSENTHAL vaza-150 ABŞ dolları, çəhrayı rəngli ROSENTHAL vaza-150 ABŞ dolları, VİLLEROYBOCH dekorativ “petuşok” vaza- 100 ABŞ dolları, LUMİNARC nahar üçün dəst - 4 servis: ağ 24 person-100 ABŞ dolları, ağ-qara 12 person-100 ABŞ dolları, ağ zolaqlı 12 person-50 ABŞ dolları, ağ qırmızı güllərlə 12 person-100 ABŞ dolları, sevis nahar üçün dəst rəngi boz bənövşəyi güllərlə 24 person-150 ABŞ dolları, billur (xrustal) stakanlar 16 ədəd-150 ABŞ dolları, MLLHİOR dəsti qədimi 24 person-cehiz, servis VİLLEROY BOCH NEW WAVE nahar və çay üçün dəst 10 və 6 person-1500 ABŞ dolları, servis WEİMAR cobalt nahar üçün dəst 12 person 5000 ABŞ dolları, servis WEİMAR cobalt çay dəsti - 12 person 2500 ABŞ dolları, serviz WEİMAR nahar dəsti ağ qızılı - 6 person-2500 ABŞ dolları, servis nahar dəsti “made in England” - 12 person-1000 ABŞ dolları, VİLLEROY BOCH qabları - 4 ədəd-200 ABŞ dolları, VİLLEROY BOCH nimçələri - 4 ədəd 100 ABŞ dolları, VİLLEROY BOCH konfet qabı 4 ədəd-100 ABŞ dolları, VİLLEROY BOCH su badələri - 6 ədəd-170 ABŞ dolları, VİLLEROY BOCH şərab badələri - 6 ədəd-170 ABŞ dolları, VİLLEROY BOCH viski üçün badələr - 6 ədəd 170 ABŞ dolları, böyük büllur qızılı badələr- 6 ədəd 300 ABŞ dolları, kiçik büllur qızılı badələr 6 ədəd 180 ABŞ dolları, WEİMAR qabları 6 ədəd-1000 ABŞ dolları, WEİMAR nimçələr -20 ədəd-1200 ABŞ dolları, Kuznetsov antikvariat nimçələr - 6 ədədcehiz, Kuznetsov antikvariat qabları - 2 ədəd, VİLLEROY BOCH şampan badələri 6 ədəd100 ABŞ dolları, qədimi balıq qarnituru (1 qab, 6 nimçə, 1 sous qabı), NACHTMAN badələri 36 ədəd-500 ABŞ dolları, VİLLEROY BOCH qızılı çəngəl bıçaq dəsti - 2 qabda600 avro, COSTA BODA büllur heykəllər 7 ədəd-500 ABŞ dolları, SWAROVSKİ fiqurları 15 ədəd-1000 ABŞ dolları, VİLLEROY BOCH milad fiqurları - 4 ədəd-200 ABŞ dolları, yarpaq şəkilli qablar 2 ədəd 100 ABŞ dolları, VİLLEROY BOCH tort üçün qablar 2 ədəd250 ABŞ dolları, ROSENTHAL qabları 2 ədəd və ROSENTHAL çaydan 1 ədəd-200 avro, Alman qazanları dəsti metal keramika 4 ədəd-200 ABŞ dolları, Alman tava dəsti 7 ədəd200 ABŞ dolları, Alman alüminium dəsti - 4 ədəd-150 ABŞ dolları, LLADRO fiqurları 3 ədəd-1500 ABŞ dolları, əntiq 2 böyük vaza və 1 MEİSSEN qab, Çex büllur 4 qutu, Çex büllur 2 vaz, Bohemia vazları 4 ədəd, böyük qədimxalçalar 5 ədəd, müasir xalçalar 5 ədəd 600 ABŞ dolları, VİLLEROY BOCH sini-100 ABŞ dolları, VİLLEROY BOCH çəngəl bıçaq dəsti 240 ABŞ dolları, büllur rəngli vazalar 2 ədəd-200 ABŞ dolları, VİLLEROY BOCH vaz və şamdan dəsti-100 ABŞ dolları, ROSENTHAL şamdan 2 ədəd və çərçivə100 ABŞ dolları, VİLLEROY BOCH keramik şamdan 3 ədəd 150 ABŞ dolları, ROSENTHAL parafin şamdan 1 ədəd- 100 ABŞ dolları, çini saat, qədim mis şərab şüşəsi 6 ədəd, bağ evinin 1-ci mərtəbəsində yerləşən piano-1800 ABŞ dolları, bağ evinin ikinci mərtəbəsində İtaliya istehsalı olan şüşə mebel - masa 10 göy rəngli oturacaqlar, servant, qorka-10.000 avro, bağ evinin ikinci mərtəbəsində göy rəngli mebel jurnal masası ilə “made in Turkey”- 5000 ABŞ dolları, iddiaçının oğlunun yataq mebeli “made in Turkey”- 3000 ABŞ dolları, iddiaçının qızının yataq mebeli “made in Turkey”-3000 ABŞ dolları, iddiaçının yataq otağı “made in Turkey”-3000 ABŞ dolları, televizorlar 4 ədəd- 6000 manat, böyük televizor 1 ədəd-2000 manat, bağ evinin 2-ci mərtəbəsində yerləşən künc qorkası800 ABŞ dolları, qonaq otağının mebeli-8.000 ABŞ dolları, bağ evinin birinci mərtəbəsində kamin olan yerdə mebel (2 qorka, yumşaq ağ-süd rəngli divan, ağ ağacdan ayaqları olan jurnal masası, ağ rəngdə ağacdan olan servant)-3000 ABŞ dolları, bağ evinin birinci mərtəbəsində qonaq otağında böyük masa və 12 ədəd oturacaq -1200 ABŞ dolları, bağ evində narıncı-qara rəngdə olan mətbəx mebeli, 2 ədəd soyuducu-10.000 ABŞ dolları, gümüşü şəkillər, iddiaçının özünün və qızının paltarları - 30 ədəd, dəri paltarlar 2 ədəd, iddiaçının və qızının paltoları - 6 ədəd, gödəkçələr 8 ədəd, çəkmələr 10 ədəd, ayaqqabılar 30 cüt, çanta LOUİS VUİTTON 1800 ABŞ dolları, çanta GUCCİ 1000 ABŞ dolları, çanta DOLCE 1000 ABŞ dolları, klatç (çanta) GUCCİ-300 ABŞ dolları, klatç (çanta) DOLCE-350 ABŞ dolları, eynək CHOPARD-700 ABŞ dolları, eynək BULGARY 700 ABŞ dolları, eynək DİOR 500 ABŞ dolları, eynək DİOR 150 ABŞ dolları, çanta DİOR-2200 ABŞ dolları, xəz jaket-400 ABŞ dolları, krossovkalar LOUİS VUİTTON (1 ədəd) və BURBERRY( 1 ədəd), iddiaçının qızının otağında ətirlər 2 ədəd CHANEL, 1 HERMES, MONTALE 2 ədəd, AGENT PROVOCATARE, SHİSEİDO, SALVADORE DALİ, AMOUAGE, TOM FORD, GUERLAİN, GUCCİ, DOLCE GABANNA, ELİZABETH ARDEN 5 TH AVENUE, ESCADA, iddiaçının qızının otağında kosmetika - MAC.YSL, NYX, iddiaçının ətəkləri, şalvarları, pəncəkləri, yataq otağındakı və qarderobdakı paltarları, bağ evində iddiaçı və övladlarına məxsus qış geyimləri, yaxud onların dəyəri alınaraq iddiaçı Tələbkar verilmişdir. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (30+15=45) 45 (qırx beş) manat cavabdeh X5 alınaraq iddiaçı Tələbkar verilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma cavabdeh X5 alınaraq ödənilmişdir. Cavabdeh X6 apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh X6 özünə aid edilmişdir. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qanunvericilik məhkəmə aktına izah verilməsini onun məzmununun dəyişdirilməsi ilə məhdudlaşdırmışdır. Başqa sözlə, məhkəmə aktının verilən izah həmin akta yeni məzmun verməməli, bir sözlə məhkəmə aktının izah olunması barədə məsələ qətnamənin məzmununun toxunulmazlığı ilə əlaqələndirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-238/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Tələbkar Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 600 kv.m. olan bağ evinə köçürülmüş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. 3. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla, sübutlara düzgün qiymət verilmədən qətnamə qəbul edildiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, Həmid hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi Həmid hissədə təmin edilmişdir, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 401A №-li bağ sahəsi ünvanında yerləşən 0,10 hektar torpaq sahəsində 3 mərtəbəli və təxminən 600 kv.m sahəsi olan bağ evinə iddiaçının 1/2 hissədə pay hüququ tanınmış, iddiaçının tələb etdiyi əşyalar cavabdehdən alınaraq iddiaçıya verilmiş, cavabehin apellyasiya şikayəti təmin edilməmişdir. Mülki işin materiallarında göründüyü kimi qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamə Bakı Apellyasiya Məhkəməsinə aiddir. Qətnamə hazırda icra mərhələsindədi. Buna baxmayaraq E.Əliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı icra vərəqəsi üzrə icra işinin düzgün, qanuni icra edilməsi üçün icra məmurunun qərarın izah edilməsi üçün icra məmuru tərəfindən qərarı qəbul etmiş məhkəməyə qərarın izah olunmasına dair təqdimat verilməsi vəzifəsinin qoyulması üçün müraciət etmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından görünür ki, qətnamə aydın və dəqiq olmadıqda həm icra məmuru, həm də iş üzrə tərəflərdən biri qətnamənin izah edilməsi üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin icra məmurunun məhkəmə qətnaməsinin izah edilməsi üçün məcbur etmə mülki qanunvercilikdə nəzərdə tutulmamışdır. Məhgkəmə qeyd edir ki, ərizəçinin bu cür tələbi qanunvericiliyin tələblərinə ziddir və ərizəçiyə izah edilməlidir ki, o, iş üzrə qətnamənin izah edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, E.Əliyevin şikayəti rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2023 saylı icra vərəqəsi üzrə icra işinin düzgün, qanuni icra edilməsi üçün icra məmuru tərəfindən qərarı qəbul etmiş məhkəməyə qərarın izah olunmasına dair təqdimat verilməsi vəzifəsinin qoyulmasına dair X6 şikayəti rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-77/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-77/2024
14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver