Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-77/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynovanın Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi Borclu mülkiyyətində olan Bakı şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərindən həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 3915/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada cəmi 9657,37 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Xəzər Rayon Məhkəməsinin 8(003)-956/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Bakı şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra vərəqəsinin icraatına xitam verilmişdir. Göstərilənlərə əsasən Borclu mülkiyyətində olan Bakı şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərindən həbsin götürülməsi xahiş etmişdir. Proses iştirakçılarının izahatı Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, tələbkar və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o, məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPMin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3915/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada cəmi 9657,37 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-956/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Bakı şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Tələbkar QSC -nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3915/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə öhdəlik yerinə yetirilmişdir və hazırda Borclu və X1 icra sənədi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. İcra sənədinə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şəfəq Hüseynova xx.xx.2022ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 3915/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmənin mövqeyi Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Həmin qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclular tərəfindən tam şəkildə təmin olunmuşdur. Təqdimata əlavə edilmiş Tələbkar QSC-nin Bakı şəhəri Xəzər rayon icra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, borlcu Borclu icra sənədi üzrə borcunu tamamilə ödədiyini, icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini, icra sənədi üzrə icraata xitam verilməsini, bununla da mənzilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan Bakı şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-956/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan Bakı şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən 4 saylı evin 83 saylı mənzilinin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-77/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-77/2025
06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver