Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-78/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı X1 cavabdehlər X7 və X6 qarşı “atalığın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2495/2023 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nigar Bağırovanın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nigar Bağırova ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2495/2023 saylı icra sənədinin icra olunmasına dair izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2495/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin, hazırda qətnamənin icrası ilə bağlı çətinlik yaranmışdır. Belə ki, qətnamənin “qət etdi” hissəsində xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atası olması müəyyən edilsə də, uşaq qrafasında uşağın soyadı və atasının adı məsələsinə toxunulmamış, doğum haqqında şəhadətnamədə uşağın soyadı və atasının adının hansı formada qeyd olunması göstərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən tərəflərin gəlməməsi məsələyə baxmağa mane olmadığından məhkəmə onların iştirakı olmadan ərizəyə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2495/2023 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nigar Bağırovanın ərizəsi təmin edilməlidir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 2495/2023 saylı qətnaməsindən görünür ki, İddia ərizəsi təmin edilməklə xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atası olmasının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında “X3” qeyd edilməsi, doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasının həvalə oldunduğu orqan Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsi olduğundan, doğum haqqında şəhadətnamənin verilməsi üçün ehtiyac yaranan məlumatları qeyd etmək üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2495/2023 saylı qətnaməsinə izah verilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə almaqla hesab edir ki, icra sənədinin icrası ilə bağlı mübahisə yarandığından, həmin icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2495/2023 saylı qətnaməsinə izah verilməklə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının həyata keçirilməsi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməklə izah edilməlidir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2495/2023 saylı qətnaməsinin nəticə hissəsində “xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atası olmasının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında “X3” qeyd edilməsi” ifadələri “xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atasının xx.xx.1983-cü il təvəllüdlü X5 olmaması, xx.xx.2022-ci il tarixdə doğulmuş X4 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1477 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin ata qrafasında “X8” qeydinin ləğv edilməsini” də nəzərdə tutur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-2495/2023 saylı qətnaməsinin nəticə hissəsində “xx.xx.1975-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atası olmasının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında “X3” qeyd edilməsi” ifadələri “xx.xx.2022-ci il tarixdə doğulmuş X2 atasının xx.xx.1983-cü il təvəllüdlü X5 olmaması, xx.xx.2022-ci il tarixdə doğulmuş X4 6 saylı Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1477 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin ata qrafasında “X8” qeydinin ləğv edilməsini” də özündə ehtiva etməsi kimi izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-78/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-78/2024
22.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver