Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-79/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sair oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 2650 manat pul, 47 manat dövlət rüsumu olmaqla ümumilikdə 2697 manat pulun alınaraq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov tərəfindən həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov qeyd olunan icra sənədi üzrə Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi” haqqında qərardan görünür ki, Borclu məcburi qaydada Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 129-cu maddəsinə əsasən,“Məhkəmənin qəbul еtdiyi qərаrlаr dövlətin аdındаn çıхаrılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 15.2-ci mаddələrinə əsаsən,“Məhkəmələrin qаnuni qüvvəyə minmiş qətnаməsi, qərardadı, qərarı və əmri bütün dövlət hаkimiyyəti, yеrli özünüidаrə оrqаnlаrı, оnlаrın vəzifəli şəхsləri, ictimаi birliklər, siyаsi pаrtiyаlаr, həmkаrlаr ittifаqlаrı, оnlаrın vəzifəli şəхsləri, həmçinin fiziki və hüquqi şəхslər üçün məcburidir və Аzərbаycаn Rеspublikаsının bütün ərаzisində hökmən icrа оlunmаlıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (maddə 2.1). Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1). İcrа məmurunun çağırışı ilə gəlməkdən və yа icrа hərəkətlərinin həyаtа kеçirildiyi yеrə gəlməkdən üzrsüz səbəbdən yаyınаn şəхslər bаrəsindəməhkəmənin qərаrı əsаsındа məcburi gətirilmə tədbiri tətbiq оlunur (maddə 84.2). Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur” (maddə 84.3). Təqdimata əlavə edilmiş sənədlərdən də aşkar surətdə göründüyü kimi, borclu icra məmurunun çağırışı ilə gəlməkdən üzrsüz səbəbdən yayınır. Ona görə də məhkəmə hesab edir ki, borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1550/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Borclu Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Sədirlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-79/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-79/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver