Məhkəmə qərarları › İş №8(003)-80/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-80/2024

15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-80/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun, X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinə izah verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov ərizə ilə məhkəməyə müraciət edərək, X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu X19 bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X6 hesabına sökülərək iddiaçının bağa girişinin bərpa olunması və bağ sahəsinin əvvəki vəziyyətə qaytarılmasına dair Xəzər rayon məhkəməsinin 2(003)- 58/2020 saylı, 28.01,2020-ci il tarixli icra vərəqəsini hansı qaydada icra olunmasına dair izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu X19 bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X6 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunması və bağ sahəsinin əvvəki vəziyyətə qaytarılmasına dair Xəzər rayon məhkəməsinin 2(003)- 58\2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərara münasibət bildirmədiyi üçün xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcu X6 ünvanına xəbərdarlıqlar göndərilməsinə baxmayaraq şöbəyə gəlməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilərək ünvanına göndərilmişdir. Borclu məcburi gətirilmə haqqında qərara münasibət bildirmədiyi üçün xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi haqqında təqdimatla məhkəməyə müraciət edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək icra olunması üçün xx.xx.2023-cü il tarxdə Xəzər RPİ-nə göndərilmişdir. Xəzər Rayon Polis İdarəsi tərəfindən borclunun məcburi gətirilməsi haqqında qərar icra edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək Xəzər RPİ-nə göndərilmiş və barəsində A/İ-12202/23 saylı axtarış işi açılmışdır. Torpaq sahəsinin dəqiq kordinatlarını müəyyən etmək üçün mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edlərək Daşınmaz əmlakın Dövlət reystri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixdə Əmlak Komitəsinin mütəxəsisisİn iştirakı ilə həmin torpaq sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsinə baxış zamanı müəyyən edilmişdir ki, 2198 saylı bağ evinin texniki pasportda göstərilmiş baş plandakı konfiqurasiya ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq mövcuddur. Faktiki hasar daxili torpaq sahəsi 2630.0 kv.m. təşkil edir. Bunun 114 kv.m. torpaq sahəsi artıq torpaq sahəsidir. Mülkiyyətdə olan sahənin 40 kv.m. hissəsi hasardan kənarlaşdırılaraq yola daxil olmuşdur. İcra tədbriləri zamanı müəyyən edilmişdir ki, bağın qarşısında olan tikililərdən başqa borclular tərəfindən xeyli sayda ağaclar əkilmişdir. İcra sənədində X5 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu X19 bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə sökülərək bağa hansı istiqamətdən girişin bərpa olunması dəqiq göstərilməmişdir. İcra zamanı tələbkar R.Seydizadə bağın əsas yol tərəfdən borclular tərəfindən çıxarılan qapının yerinə bərpa edilərək həmin qapı istiqamətdə əsas yoldan bağa girişin bərpa edilməsini tələb edir. İcra zamanı çətinliklər yarandığından icra hərəkətlərinin hansı qaydada davam etdirilməsi üçün hakimin izahına ehtiyac vardır. Məhkəmə iclasında Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X11 izahatında göstərdi ki, borclu bilərəkdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin icraasını yubardır. Qətnamənin tez bir zamanda icra edilməsi edilməsi üçün mümkün olan bütün hərəkətlərin yerinə yetirilməlidir. Ərizənin təmin edilməsini xahiş etdi. Digər məhkəmə iclasında iştirak etmiş şəxslər qətnamənin izah edilməsi barədə ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)- 58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, ddiaçı Seyid-zadə Rauf Nağı oğlu cavabdehlər X3, X7, X8, X2, X9 (maraqlı şəxs Xəzər Rayon İcra Hakimiyyəti, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı “torpaq sahəsinin və bağa girişin əvvəlki vəziyyətinə gətirilməsi, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısından tikilmiş tikililərin sökülərək ona məxsus bağa girişin bərpa olunmasına və bağ sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, X19 bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X4 hesabına sökülərək iddiaçının bağa girişi bərpa olunsun və bağ sahəsi əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin qanunun 14.2-ci maddəsinə görə məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli 2(003)-58/2020 saylı qətnamənin qətnaməsindən görünür ki, məhkəmə bu nəticəyə gələrkən müəyyən etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza əsasında ekspert tərəfindən verilmiş rəyə əsasən iddiaçının mübahisələndirdiyi mağazanın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə yerləşdiyindən və ara məsafəsi saxlanılmadığından, cavabdeh X10 tərəfindən aparılmış tikinti Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin69.5.1-ci maddəsinin tələbərini pozmuşdur. Cavabdeh X10 tərəfindən aparılmış tikinti iddiaçıya məxsus 2198 saylı bağ sahəsini əhatə edən daş hasar üzərində aparılmış, bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və hasara bitişik vəziyyətdə tikinti norma və qaydalarına ziddi olaraq tikinti aparılmışdır. Bunun nəticəsində iddiaçının bağ sahəsindən istifadəsinə manelər yaranmışdır. Ekpert rəyindən də görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh X10 tərəfindən aparılmış tikinti nəticəsində, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.5.1-ci bəndinin tələblərinin pozulduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısında cavabdeh X10 tərəfindən aparılmış tikinti nəticəsində, iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun bağ sahəsindən istifadə olunmasına müəyyən dərəcədə maneə yaranması müəyyən edilir. Rəyin tədqiqat prosesinin təsviri hissəindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, iddiaçının mübahisələndirdiyi mağaza binasının divarının müvafiq olaraq, eskiz layihəsinə əsasən xarici hündürlüyünün 4,10 metr təşkil etdiyini nəzərə alaraq, mağaza binası ilə qonşuluqda yerləşən iddiaçı Seyid-zadə Rauf Nağı oğlunun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhəd hasarı arası məsafə 1,23 metr (4,10x0,3) müəyyən edilməlidir. Belə ki, məhkəmə qətnaməsində tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçının əvvəllər mövcud olan darvazasının sökülərək, mağazanın iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin sərhəd hasarına bitişik vəziyyətdə yerləşən və ara məsafəsi saxlanılmadan, cavabdeh (borclu) X10 tərəfindən aparılmış tikinti Azərbaycan Respublikası Şəhərsalma və Ttikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin tələbərini pozmuşdur. Cavabdeh (borclu) X10 tərəfindən aparılmış tikinti iddiaçıya məxsus 2198 saylı bağ sahəsini əhatə edən daş hasar üzərində aparılmış, bağ sahəsinə texniki pasport üzrə nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmış və hasara bitişik vəziyyətdə tikinti norma və qaydalarına ziddi olaraq tikinti aparılmışdır. Göründüyü kimi, məhkəmə qətnaməsinin təsviri, əsaslandırıcı və nəticə hissəsi aydın şəkildə göstərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamənin nəticə hissəsi aydın şəkildə göstərildiyindən, qətnamənin izah edilməsinə hər hansı ehtiyac və zərurət yoxdur. Odur ki, qətnamənin izah edilməsinə dair ərizə əsassızdır. Yəni, məhkəmə mahiyyət etibarı ilə yalnız iddia ərizəsində irəli sürülmüş tələb üzrə işə baxmış və nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qətnamənin izahına zərurət yoxdur və bu səbəbdən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon məhkəməsinin 2(003)-58/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə icra sənədinə izah verilməsi barədə ərizəsi ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar