Məhkəmə qərarları › İş №8(003)-82/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-82/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-82/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarovun iştirakı ilə, Tələbkar "xxxx" ASC-nin Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmrinin icra edilmədən qaytarılmasına dair Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 567/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən X1 "xxxx" ASC-nin xeyrinə, cəmi 3662,80 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq borclu X3 tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Xəzər rayon icra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı xx.xx.2023-cü il tarixində müraciət ünvanlanmış, Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu və müraciətə əlavə olunmuş siyahıya əsasən icra sənədi üzrə icraata “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə qaytarıldığı bildirilmişdir. Lakin qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim olunmamışdır. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə olunması mümkün olmamışdır. Onu da qeyd etməliyik ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə borclu X2 "xxxx" ASC-yə hazırkı tarixə qalıq borcu 2100,61 manat təşkil edir. Xəzər rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə tələbin icra edilməsinin mümkünsüzlüyünə dair akt tərtib olunmamış, həmçinin adı çəkilən akt tələbkara təqdim edilməmişdir. Xəzər rayon İcra şöbəsinin 344/1H saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu bizə 11.01,2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarov məhkəmə iclasında bildirdi ki, o, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubunu səhv başa düşərək, yəni hazırki borclunun artıq borcunu tama ödəməsi əsası ilə icra sənədi üzrə icraata xitam vermişdir. Yuxarıda göstərilənlərə əsasən İcra sənədinə xitam verilməsinə dair qərarın ləğv edilməsinə etiraz etmədi. İş üzrə digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə şikayətə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarovun Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Məhkəmə qeyd edir ki, tələbkar şikayətində Xəzər Rayon İcra Şöbəsinin “icra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsini xahiş etsədə, icra işindən müəyyən olunur ki, icra məmuru tərəfindən icra sənədinin geri qaytarılması barədə deyil, icra sənədinə xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmrinə əsasən, borclu X1 3189,85 manat məbləğində əsas borcun, 472,95 manat məbləğində faiz borcun, cəmi 3662,80 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 567/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri icra edilməsi üçün Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarov xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)- 567/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə tərəfindən icra məmurunun istinad etdiyi halların yoxlanılması məqsədilə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri üzrə icra sənədi ilə əlaqədar icra işi Xəzər Rayon İcra Şöbəsindən tələb edilmiş və icra işi məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyən edildi ki, Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 02 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci tarixli məhkəmə əmri üzrə icra sənədi üzrə icraata xitam verilərkən, icra məmuru belə qənaətə gəlmişdir ki, icra sənədində qeyd olunan məbləğ borclu X3tərəfindən tam icra olunmuşdur. Belə ki, iş materiallardan görünür ki, icra məmuru icraata xitam verilməsi barədə qərarını borclu tərəfindən tələbin tam icra olunması ilə əsaslandırmış, lakin heç bir sübuta istinad etməmişdir. Həmçinin icra işinə daxil olan materiallarla borclular tərəfindən tələbin tam icra olunması müəyyən olunmur. Bununla yanaşı, həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmamış və onun surəti tərəflərə göndərilməmişdir. Göründüyü kimi icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul edərkən borclu tərəfindən borcun tam ödənilməsi əsası ilə icra sənədinə xitam vermişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə borc məbləğinin tamamilə və ya qismən ödənilməsini araşdırmamış və tələbkarın hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, tələbkarın şikayəti təmin edilməli, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Yaqub Qafarovun Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-567/2016 saylı, xx.xx.2016-ci il tarixli məhkəmə əmri üzrə icra sənədinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar