Məhkəmə qərarları › İş №8(003)-84/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-84/2025

07.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-84/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsi Borclu məxsus “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(003)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 6850 manat məbləğində pul vəsaiti və 399.5 manat faiz borcu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqəsdi ilə Nərimanov rayon məhkəməsinin 8(003)-90/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar 07..01.2025-ci il tarixli məktubuna əsasən Nərimanov rayon məhkəməsinin 2(003)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi xitam edilmişir. Göstərilənlərə əsasən Borclu məxsus olan “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Xəzər Rayon İcra Şöbəsinə, tələbkara və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(003)-156/2023 saylı, xx.xx.2023-cü il icra sənədinə Borclu 6850 manat məbləğində pul vəsaiti və 399,5 manat faiz borcu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(003)- 90/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan olan “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22(003)-156/2023-032 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam vermişdir. Təqdimata əlavə edilmiş Tələbkar Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinə ünvanlandığı xx.xx.2025-cü il tarixli məktubdan görünür ki, cavabdeh Borclu barəsində Nəriman Rayon Məhkəməsinin 2(003)-156/2023 saylı, xx.xx.2023-cü il icra sənədi üzrə borc bağlandığı üçün icraata “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.2-ci maddələrinin tələblərinə əsasən xitam verilməsi xahiş edilmişdir. Həmin qərardan və tələbkarın təqdimata əlavə edilmiş ərizəsindən görünür ki, o, icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, icra sənədi üzrə borcun tam ödənildiyini və icra sənədi üzrə icraata xitam verilməsini, bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(003)-156/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Borclu məxsus “Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanovov Rayon Məhkəməsinin 2(003)-156/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus Toyota Corolla” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar