Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-86/2023 17.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, X1 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsi X3 məxsus “VAZ 21074” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmənin 8(003)-478/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadına əsasən X3 məxsus “VAZ 21074” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan “VAZ 21074” minik markalı **-DX-*** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 8(003)-478/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadına əsasən ona məxsus “VAZ 21074” minik markalı **-DX- *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. O, sözü gedən iş üzrə öhdəliyi tam aradan qaldırmışdır. Bu səbəbdən ona məxsus “VAZ 21074” minik markalı **-DX-*** qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. İş üzrə Xəzər rayon İcra Şöbəsinə, tələbkara və borcluya ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalarda, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsi X3 məxsus “VAZ 21074” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmənin 8(003)-478/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadına əsasən X3 məxsus “VAZ 21074” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Ərizəyə əlavə edilmiş “FİNCA Azerbaijan” MM QBKT tərəfindən Xəzər rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Xəzər Rayon Məhkəməsinin 8(003)-478/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə borclular İslam-zadə İslam Nehmət oğlu, Müzəffər -X7 və X4 tərəfindən “FİNCA Azerbaijan” MM QBKT-na olan borc tam olaraq ödənilmişdir. Ərizədən və iş materiallarından görünür ki, borclu tərəfindən borc ödənilmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə, borclunun icra sənədi üzrə icranı tam icra etməsini, tələbkarın avtomobilin üzərindən həbsin götürülməsinə etiraz etmədiyini bununla da avtomobilin üzərində həbsin qalmasına zərurətin olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, borclu X3 məxsus “VAZ 21074” minik markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizə təmin edilsin. «VAZ 21074» minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-86/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-86/2023
17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver