Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-9/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-621/2016 nömrəli, 09 mart 2016-cı il tarixli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh Borclu 03 iyul 2014-cü il tarixli, 126.LN.1609.030714.R.00012 №-li istehlak krediti müqaviləsi üzrə 1268,93 manat əsas borcun, 334,61 manat faiz borcunun, cəmi 1603,54 manat məbləğidə borcun, 03 iyul 2014-cü il tarixli, 126.LN.3111.030714.R.00011 №-li kredit kartı üzrə bank hesabına müqaviləsi üzrə 398,37 manat əsas borcun, 150 manat cərimənin, cəmi 548 manat məbləğində borcun, ümumi 2151,91 manat məbləğində borcun, iddia ərizəsinə görə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və müqavilələrin surətlərinin notarial təsdiq edilməsi üçün 23 manat məbləğində notarial xidmət haqqının, ümumilikdə 2205,91 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-898/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Opel Vectra” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarov əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-898/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Opel Vectra” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-621/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə başlanmış icraata borc tam ödənildiyi üçün xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 təqdimata uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq borclu məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" QSC-nin Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanlanmış **********653 nömrəli, 13 iyul 2021-ci il tarixli məktubundan görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun xx.xx.2021ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 621/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci, 20.3-cü və 20.8-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir və icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, təqdimatı və işin materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi üzrə icraata xitam verilmişdir. İcra sənədinin müvafiq məhkəməyə qaytarıldığını nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Yaqub Qafarovun əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatının təmin edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-898/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Opel Vectra” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-898/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan “Opel Vectra” minik markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №8(003)-9/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-9/2024
26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver