Məhkəmə qərarları › İş №8(003)-9/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-9/2025

08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-9/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2638/2024 saylı, xx.xx.2024-cü il tarixli icrа sənədinin icrasını təmin etmək məqsədi ilə bоrclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bаrədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2638/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 8661 manat məbləğində dəymiş ziyan, mediasiya xərci olaraq ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 57 manat olmaqla cəmi, 8778 manat alınaraq Tələbkar MMC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev bоrclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdar olunmasına baxmayaraq, o heç bir ödəniş aparmamış və müxtəlif bəhanələrlə şöbəyə gəlməkdən boyun qaçırmışdır. Buna görə borcludan izahat almaq mümkün olmamışdır. Bu səbəblə də icra məmuru onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Xəzər Rayon İcra Şöbəsinin rəisi İdris Həsənquliyev xx.xx.2024-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək, təqdimatın baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdimata baxılmadan geri qaytarılması barədə məktubu nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü , 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2638/2024 saylı, xx.xx.2024-cü il tarixli icrа sənədinin icrasını təmin etmək məqsədi ilə bоrclu Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması bаrədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar