Məhkəmə qərarları › İş №8(003)-91/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-91/2022

21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-91/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Borclu məxsus əmlakların üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Xaçmaz rayonu Yalama kəndində yerləşən 0,08 ha. torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 25 saylı Notariat kontorunun 8İ-32 saylı, 14.01.2020-ci il tarixli icra sənədinə əsasən borlu Borclu Baxışəli oğlundan 14734,19 manat borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tələbin əmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)-217/2020 saylı, 23.11.2020-ci il tarixli qərardadına əsasən Borclu Baxışəli oğlunun mülkiyyətində olan Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.08 həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar "xxxx" ASC-nin 13.01.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri 25 saylı Notariat kontorunun 8İ-32 saylı, 14.01.2020-ci il tarixli icra qeydini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1 1-ci maddəsini rəhbər tutaraq icra sənədini tələbkara qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən Borclu Baxışəli oğlunun mülkiyyətində olan Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.08 həyətyanı torpaq sahəsinin üzərindən həbsin götürülməsi xahiş olunur. İşdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri 25 saylı Notariat kontorunun 8İ-32 saylı, 14.01.2020-ci il tarixli icra sənədinə əsasən borlu Borclu Baxışəli oğlundan 14734,19 manat borc və 20 manat dövlət rüsumu tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-217/2020 saylı, 23.11.2020-ci il tarixli qərardadına əsasən Borclu Baxışəli oğlunun mülkiyyətində olan Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.08 həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar "xxxx" ASC-nin 13.01.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri 25 saylı Notariat kontorunun 8İ-32 saylı, 14.01.2020-ci il tarixli icra qeydini “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1 1-ci maddəsini rəhbər tutaraq icra sənədini tələbkara qaytarılmasını xahiş etmişdir. «İcra haqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olarpaq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-217/2020 saylı, 23.11.2020-ci il tarixli qərardadına əsasən Borclu məxsus Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.08 həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-217/2020 saylı, 23.11.2020-ci il tarixli qərardadı ilə Borclu məxsus Xaçmaz rayonu, Yalama kəndində yerləşən 0.08 həyətyanı torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar