Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-93/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçılar X7 və X4 cavabdehlər X1, X13 və X5 qarşı “qeydiyyatın etibarsız hesab edilməsi, mülkiyyət hüququnun tanınması, naturada ayrılma və istifadəyə maneələrin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsinin izah edilməsi barədə X13 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X13 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırda Xəzər rayon İcra Şöbəsinin icraatında Xəzər rayon Məhkəməsinin 2(003)-265/18 saylı, 23.01 2018-ci il tarixli qətnaməsi vardır. Həmin qətnaməyə əsasən tələbkar X2 Bakı şəhəri, Xəzər rayon Xaşaxuna bağ massivi 403 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İcra vərəqəsinin icrası ilə bağlı icra məmuru tərəfindən onlardan həmin bağ sahəsinin açarının tələbkar X6 təqdim olunması tələb edilir. Həmin iş üzrə dəfələrlə müxtəlif instansiyalarda məhkəmə mübahisələri olmuş, eyni zamanda, bir neçə dəfə qətnamənin izah olunması barədə ərizə ilə məhkəməyə müraciətlər olunmuşdur. Sonuncu dəfə Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(003)-176/22 saylı qərardadına əsasən “X3 Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 403 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər (X1, X8 və X13) tərəfindən yaradılan maneələrin qadağan edilməsi” ifadəsi “Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 403K saylı bağ sahəsini” də özündə ehtiva etməsi kimi izah edilmişdir. Lakin həmin istifadə hüququnun özünü nədə ehtiva etməsi bu günədək öz həllini tapmamışdır. Tələbkarın istifadə hüququnun olması ona hansı səlahiyyətlər verməsi aydınlaşdırılmamışdır, istifadə hüququ dedikdə tələbkarın mülkiyyətçidən hansı fərqli hüquqlarının olması, mülkiyyətçinin əmlakında hər-hansı dəyişikliklər edə bilməsi, maneələrin özünü nədə göstərməsi və s. bu kimi suallar cavabsız qalmışdır. Bildiyiniz kimi icra vərəqəsində qeyd edilən ‘istifadə hüququ” və “maneələrin aradan qaldırılması” anlayışının dəqiqləşdirilməsinə ehtiyac vardır. Ona görə də borclu olaraq bilmək istəyir ki, tələbkar onun mülkiyyətində olan torpaq sahəsində hansı formada və hansı həddə istifadə hüquqlarını həyata keçirəcək? Tələbkar ona məxsus torpaq sahəsində misal üçün ağac əkə bilərmi, və ya onun əkdiyi ağacın ləğv edilməsini tələb edə bilərmi? Və ya mülkiyyətində olan torpaq sahəsində özünə hovuz tikə, həmin torpaq sahəsində nəqliyyat vasitələrini gətirib saxlaya bilərmi? Bu kimi qeyri-adi və mülkiyyət hüququna xələl gətirəcək misalları çox çəkmək olar. Digər tərəfdən, tələbkarın onun mülkiyyətində olan torpaq sahəsində edəcəyi hansı hərəkətlərə onun əks reaksiyası tələbkara qarşı “maneə" hesab olunacaq? Məsələn, torpaq sahəsini əkib-becərməyinə mane olmağı “maneə” hesab olunurmu, həmin sahədə hər hansı tikili aparmağına əks reaksiyası “maneə" sayılırmı? Misallar olaraq bu hərəkətlərə də çoxsaylı misallar çəkmək olar. Qeyd etdiyi məsələ ilə bağlı çoxsaylı sualların olduğunu nəzərə alaraq, icra vərəqəsinin icrasını təmin etmək məqsədilə ona yuxarıda qeyd etdiyi sualın cavabını yazılı olaraq verilməsi məqsədilə “İcra Haqqında” AR Qanununun 14-cü maddəsini rəhbər tutaraq İcra Şöbəsinə müraciət etmişdir. Lakin İcra Şöbəsi tərəfindən məhkəməyə müraciət edilməmişdir. Ona görə də o, şəxsən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq AR Mülki Prossesual Məcəllənin 230-cu maddəsini rəhbər tutaraq icra sənədinin icra olunmasında istifadə hüququnun özünü nədə ehtiva etməsi, istifadə hüququndan irəli gələn hansı hərəkətlərin edilməsinin tələbkara icazə verilməsi, eyni zamanda, borclu olaraq tələbkarın hansı hərəkətlərinə əks reaksiyasınn “maneənin aradan qaldırılması" kimi qiymətləndiriləcəyi barədə icra vərəqəsinin icrasında yaranmış anlaşılmazlıqları aradan qaldırmaq üçün qətnaməyə izah verilməsini xahiş etmişdir. Tərəflər qətnamənin izah edilməsi barədə ərizəyə məhkəmə iclasında baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsinə izah verilməsi barədə cavabdeh X10 ərizəsi təmin edilməməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X2 Bakı şəhəri, Xəzər rayon Xaşaxuna bağ massivi 403 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-176/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsinin nəticə hissəsində “X3 Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 403 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər (X1, X8 və X13) tərəfindən yaradılan maneələrin qadağan edilməsi” ifadəsinə “Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 403K saylı bağ sahəsini” də özündə ehtiva etməsi kimi izah verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin qanunun 14.2-ci maddəsinə görə məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnamənin qət etdi hissəsindən görünür ki, iddiaçı X2 Bakı şəhəri, Xəzər rayon Xaşaxuna bağ massivi 403 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi qət edilmişdir. Həmçinin, məhkəmə qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsinin nəticə hissəsində “X3 Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 403 saylı bağ sahəsindən istifadəsinə cavabdehlər (X1, X8 və X13) tərəfindən yaradılan maneələrin qadağan edilməsi” ifadəsinə “Bakı şəhəri Xəzər rayonu Xaşa-Xuna bağ massivi 403K saylı bağ sahəsini” də özündə ehtiva etməsi kimi izah verilmişdir. Yəni, məhkəmə mahiyyət etibarı ilə yalnız iddia ərizəsində irəli sürülmüş tələb üzrə işə baxmış və nəticəyə gəlmişdir. Həmçinin, məhkəmə öz qətnaməsində Mülki Məcəllənin müvafiq normalarına istinad etməklə nəticəsini əsaslandırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qətnamənin izahına zərurət yoxdur və bu səbəbdən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsinə izah verilməsi barədə cavabdeh X10 ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-265/2018 saylı qətnaməsinə izah verilməsi barədə cavabdeh X10 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №8(003)-93/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-93/2023
07.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver