Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-95/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Borclu məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasov Borclu mülkiyyətində olan “Mercedes Benz E 220” minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat vermiş orqan Bakı şəhəri Xəzər rayon icra şöbəsi 19 aprel 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək zərurət yarandığı üçün Borclu mülkiyyətində olan “Mercedes Benz E 220” minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatın təmin edilmədən geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun Borclu mülkiyyətində olan “Mercedes Benz E 220” minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin böyük icra məmuru Mübariz Abbasovun Borclu mülkiyyətində olan “Mercedes Benz E 220” minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №8(003)-95/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-95/2023
19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver