Məhkəmə qərarları › İş №8(003)-97/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-97/2023

12.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-97/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Tələbkar iştirakı ilə İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-974/2022 saylı icra sənədi üzrə Borclu məxsus “X1” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 554” yük markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-974/2022 saylı icra sənədi üzrə Borclu 10510 manat məbləğində pul vəsaiti və 50 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə borclunun ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistem vasitəsilə əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, borcluya məxsus “X1” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 554” yük markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Göstərilənlərə və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus “X1” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 554” yük markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulmasına dair qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-974/2022 saylı icra sənədinə əsasən Borclu ona 10510 manat məbləğində pul verməlidir. Lakin borclu ona olan borcunu ödəməkdən yayınır. Təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Xəzər rayon icra şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-974/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 10510 manat məbləğində pul vəsaiti, ödənilmiş 35 manat dövlət rüsumu və qızdırıcı sistem (kombi), unitaz, seyf qapı alınaraq Tələbkar verilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri 50 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, hazırda Borclu adında “X1” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 554” yük markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillər mövcud deyil. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Təqdimatda Borclu məxsus “X1” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 554” yük markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması xahiş olunsa da, həmin əmlakların borcluya məxsus olması işin araşdırılmış halları ilə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borcluya məxsus olması müəyyən edilməyən əmlakların üzərinə həbsin qoyulması məhkəmədən xahiş edildiyindən təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-974/2022 saylı icra sənədi üzrə Borclu məxsus “X1” minik markalı ** SV *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı, “ZİL MMZ 554” yük markalı ** KX *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar