Məhkəmə qərarları › İş №8(003)-97/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-97/2024

06.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-97/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv edilməsinə dair tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(003)-1015/2008 saylı qətnaməsinə əsasən X3 və X1 "xxxx" ASC-nin xeyrinə cəmi 4170 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin müvafiq qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Hazırda tələbkar "xxxx" ASC həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdehlər X3 və X4 tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Bakı şəhəri Xəzər rayon icra şöbəsinə qeyd olunan icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixində müraciət ünvanlanmış, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli 344/1H saylı cavab məktubuna əsasən icra sənədinin məhkəməyə geri qaytarıldığı bildirilmişdir. Lakin, qeyd edilən qərar tələbkar "xxxx" ASC-yə təqdim edilməmişdir. Bu səbəbdən qeyd olunan qərarın müraciətə əlavə edilməsi mümkün olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(003)- 1015/2008 saylı qətnaməsi üzrə cavabdehlər X3 və X2 "xxxx" ASC-yə hazırkı tarixə qalıq borcu 1340 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar "xxxx" ASC-nin nümayəndəsi, borclular və Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə "xxxx" ASC-nin nümayəndəsi, borclu və Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayətə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, icra məmuru borclular X3 və X2 bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə edilməsi üçün tədbirlər görməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra qeydinin geri qaytarılması haqqında qərar əsassız olduğundan şikayət təmin edilməli, Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra sənədinin geri qaytarılması barədə qərarı ləğv edilərək icra sənədi üzrə icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(003)-1015/2008 saylı qətnaməsinə əsasən verilmiş icra sənədinin “geri qaytarılması haqqında” Bakı şəhəri Xəzər rayon icra şöbəsinin qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(003)-1015/2008 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar