Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(003)-98/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata icra vərəqi icra edildiyindən xitam verilməsi barədə X2 şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata icra vərəqi icra edildiyindən xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(003)-264/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 22360 ABŞ dolları əsas, 4455 ABŞ dolları 43 sent faiz borcu, 1 ABŞ dolları borcu olmaqla, 26.796 ABŞ dolları 43 sent məbləğində pul manata ödəniş gününə məzənnə nisbəti ilə və 60 manat məbləğində dövlət rüsumu tutulması, tələbin ipotekaya qoyulmuş X4 məxsus ünvan 1 ünvanında yerləşən 0,16638 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 131,4 kv.m yaşayış sahəsi 59,4 kv.m yardımçı sahəsi 72 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh X2 iddiaçıya olan borcu və dövlət rusumu ödənilməsi, mənzilin ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilməsi, həmin mənzisə mənzildə yaşayan cavabdehlər X4 və qeyrilərinin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi və mənzilin boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra vərəqi icra edilmişdir. Lakin həyətdə əlavə qətnaməyə daxil edilməyən, ipoteka ilə yüklü edilməyən tikililər və torpaq sahəsi mövcuddur. Tələbkar həmin sahələrin də boşaldılmasını xahiş etmişdir. Göründüyü kimi, tələbkarın tələbi əsassız olmuşdur. Mübahisə olduğundan, İcra zamanı iş üzrə İcra məmuru tərəfinizdən mütəxəssis cəlb edilmiş və müəvyən edilmişdir ki, mənim tərəfimdən boşaldılan sahə məhz qətnamədə qeyd edilən sahələrdir. Tələbkarın əlavə tələb etdiyi sahə isə icra vərəqəsində qeyd edilməyən sahələrdir. Mübahisə mövcud olduğundan Xəzər rayon Məhkəməsinə qətnaməyə tzah verilməsinə dair ərizə ilə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Lakin həmin qərardadda qeyd edilmişdir ki, qətnamə aydın olduğundan, yəni boşaldılması nəzərdə tutulan evin konkret sahəsi göstərildiyindən, torpaq sahəsindən çıxarılma göstərilmədiyindən qətnaməyə izah verilməsinə ehtiyac qalmır. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilmiş hallardan da görünür ki, qətnamədə boşaldılması nəzərdə tutulan sahə tam aydın ifadə olunmuş, yalnız qətnamədə qeyd edilən sahəyə aid edilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata icra vərəqi icra edildiyindən xitam verilməlidir. Ərizəyə baxılması barədə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında görünür ki, iddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər X9, X5, X10, X7, X8 və X6 qarşı girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 №-li qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 borcun tutulması, tələbin ipotekaya qoyulmuş X4 məxsus ünvan 2 ünvanında yerləşən 0.16638 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 131.4 kv.m., yaşayış sahəsi 59.4 kv.m., yardımçı sahəsi 72 kv.m. olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi, mənzildə yaşayan X9, X5, X10, X7, X8 və X3 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında qedy edilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 20-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Hazırda ərizəçi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata icra vərəqi icra edildiyindən xitam verilməsini xahiş edir. Göründüyü kimi qanunvericilik icra sənədinin hansı hallarıda icra edilmiş hesab edilməsi və həmin icra sənədi üzrə icraata xitam vermək səlayhiyyətinin kimə məxsus olmasını müəyyən etmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi icra məmurunun vəzifəsidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata icra vərəqi icra edildiyindən xitam verilməsi barədə şikayəti rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(003)-264/2017 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata icra vərəqi icra edildiyindən xitam verilməsi barədə şikayəti rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №8(003)-98/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №8(003)-98/2022
21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver