Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-10/2023 12.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Tələbkar "xxxx" KB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsi barədə "xxxx" KB ASC-nin nümayəndəsinin şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx" KB ASC-nin nümayəndəsi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı “Unibank" KB ASC-nin xeyrinə 3274.59 USD pul məbləğinin tutulması qət edilmişdir. İcra sənədi icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Yasamal Rayon İcra şöbəsində xx.xx.2022-ci il tarixli, xx/xx-67343/26-20125 saylı məktuba əlavə edilən xx.xx.2020-ci il tarixli qərarla tanış olduqları zaman icra sənədinə “İcra haqqında“ Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verildiyi göstərilmişdir. Belə ki, Borclu eyni zamanda "xxxx" KB -ASC-də iki ayrı-ayrı kreditləri olmuş və həmin kreditlərdən 712nkBANK/13 saylı kredit müqaviləsi izrə borc bağlansa da, hazırki iş üzrə icra sənədində olan 112B/13 saylı kredit müqaviləsi üzrə borc ödənilməmiş, 1893,38 USD və 20 manat dövlət rüsumu borcu qalmışdır. İcra sənədinə xitam verilməzdən əvvəl icra məmuru araşdırmamışdır ki, təqdim olunan maliyyə arayışı 712nkBANK/13 saylı kredit müqaviləsi üzrədir. Beləliklə, müəyyən olunmuşdur ki, Borclu başqa bir kredit müqaviləsi üzrə maliyyə arayışı hesabına icra olunmayan Yasamal rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə səhvən xitam verilmişdir. Belə ki, "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli, UB-BANK/PİKMD/106214 saylı maliyyə arayışına əsasən Borclu Yasamal rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə 1893,38 USD və 20 manat dövlət rüsumu borcu qalmaqdadır. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş borclu və Yasamal Rayon İcra şöbəsinin icra məmuru məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə şikayətə borclunun və icra şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli Maliyyə arayışına əsasən Borclu Ağaəli oğlunun "xxxx" KB ASC-yə 112B/13 saylı kredit müqaviləsi üzrə 1589,30 USD əsas, 166,27 USD faiz, 137,81 USD cərimə, 20 AZN rüsum olmaqla, cəmi 1893,38 USD və 20 AZN borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2020-ci il tarixli Maliyyə arayışına əsasən Borclu Ağaəli oğlunun "xxxx" KB ASC-yə 712nkBANK/13 saylı kredit müqaviləsi üzrə borcu yoxdur. İş materiallarında olan "xxxx" KB ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2015-ci il tarixli Məhkəmə əmrinin çıxarılmasına dair ərizədən görünür ki, Borclu xx.xx.2013-cü il tarixli 112/B saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2970,51 ABŞ dolları, faiz borcuna görə 166,27 ABŞ dolları, cərimə borcuna görə 137,81 ABŞ dolları olmaqla, cəmi 3274,59 ABŞ dolları və dövlət büdcəsinə ödənilmiş 20 AZN məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi haqqında məhkəmə əmri çıxarılması xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3604/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu 2970,51 ABŞ dolları, faiz borcuna görə 166,27 ABŞ dolları, cərimə borcuna görə 137,81 ABŞ dolları olmaqla, cəmi 3274,59 ABŞ dolları və dövlət büdcəsinə ödənilmiş 20 AZN məbləğində dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” Qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri Borclu 112B/13 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcuna görə çıxarılmışdır. Daha sonra müvafiq məhkəmə əmri icraya yönəldilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Daha sonra Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasov yanlış olaraq Borclu icra sənədinin əsaslandığı kredit müqaviləsi üzrə deyil, 712nkBANK/13 saylı kredit müqaviləsi üzrə borcunun olmamasına dair "xxxx" KB ASC-nin xx.xx.2020-ci il tarixli Maliyyə arayışına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Borclu Ağaəli oğlunun "xxxx" KB ASC-yə 112B/13 saylı kredit müqaviləsi üzrə 1589,30 USD əsas, 166,27 USD faiz, 137,81 USD cərimə, 20 AZN rüsum olmaqla, cəmi 1893,38 USD və 20 AZN borcu vardır. Təqdimata əlavə olunmuş sənədlər və icra işi məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş icra tədbirləri icra məmuru tərəfindən tam görülməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3604/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi icra edilməmişdir. Belə olan təqdirdə də məhkəmə hesab edir ki, "xxxx" KB ASC-nin nümayəndəsinin şikayəti təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən icra işi tələb olunmuş, tam araşdırılmış və icra işində olan sənədlərin surəti hazırki işə əlavə olunmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: "xxxx" X3 Səhmdar Cəmiyyəti nümayəndəsinin şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx.xx.2020-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-10/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-10/2023
12.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver