Məhkəmə qərarları › İş №8(004)-10/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-10/2024

09.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-10/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdehlər X11, X18, X7, X12, X2, X8, X3, X16, X4, X5, X9, X1, X13, X10 və X6 qarşı (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “payın naturada real bölgüsünün aparılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqələrinə izah verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Tələbkar1 və Tələbkar2 cavabdehlər X11, X18, X7, X12, X2, X8, X3, X16, X4, X5, X9, X1, X13, X10 və X6 qarşı (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “payın naturada real bölgüsünün aparılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən faktiki sahəsi 0.03072 ha olan torpaq sahənin və üzərində inşa edilmiş 18830 kv.metr mülkün paylı mülkiyyətçilər arasında, iddiaçılar Tələbkar1 73/288 hissə və 119/288 hissədən 28 kv. metr olmaqla ümumilikdə 120 kv.metr torpaq sahəsinin və 75,7 kv.metr tikilinin, Tələbkar2 80 kv.metr torpaq sahəsi və 119/288 hissədən 49.8 kv. metrə uyğun hissəsinə paylarının ayrılması və naturada real bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 evdən iddiaçı Tələbkar1 73/288 hissə və 119/288 hissədən 28,0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13,3 m2) və “A” literli tikilinin həyət istiqamətinə 1,7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75,73 m2 olan tikililərin yerləşdiyi 0,012000 ha torpaq sahəsinin naturada ayrılması; ünvan 1 evdən iddiaçı Tələbkar2 119/288 hissədən 49,8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B” literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49,8 m2 olan tikililərin yerləşdiyi 0,008466 ha torpaq sahəsinin naturada ayrılması qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul iddiaçılar Tələbkar1 və Tələbkar2 müştərək qaydada tutularaq “X15” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (AZ64AİİB400900C**********208) köçürülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Tələbkar1 aid edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icra vərəqələri verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 428/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqələrinə əsasən “torpaq sahələri naturada ayrılmalıdır” ifadələri həm texniki pasport, həm də çıxarışın verilməsini ehtiva edib-etməməsi haqqında izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Yasamal rayon İcra Şöbəsinə ünvanladığı 3-21-3-02/2-KOL-438/02-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda 1 saylı Bakı Ərazi İdarəsinin vəzifə səlahiyyətləri ilə bağlı hər hansı icra tədbiri nəzərdə tutulmadığı bildirilmişdir. Odur ki, qətnaməyə izah verilməsinə zərurət yaranmışdır. Tələbkarlar Tələbkar1 və Tələbkar2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə ilə razı olduğunu bildirdi və ərizənin təmin edilməsini xahiş etdi. Ərizəyə baxılmasının yeri və vaxtı barədə borclulara və icra məmuruna lazımi qaydada məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə tələbkarların nümayəndə və vəkillərinin izahatını dinləyib, icra məmurunun ərizəsini və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmadığını qeyd etmiş və qətnaməni icra etməkdən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməs ilə aparılır. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestrin haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi əsasında iddiaçıların daşınmaz əmlakın dövlət reyestrində mövcud olan mülkiyyət hüquqları barədə reyestr yazısında müvafiq olaraq dəyişiklik aparılması, yeni texniki pasport və çıxarışlar verilməsi mülki işə baxılarkən 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılmalı olduğu halda, sonuncu məktubunda qətnamə ilə idarənin üzərinə öhdəlik qoyulmadığını əsas gətirməklə hüquqların dövlət qeydiyyatının aparılmasından əsassız olaraq imtina etmişdir. Məhkəmənin qətnaməsində 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmaması, İdarəni qətnaməni icra etmək vəzifəsindən azad etmir. Çünki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyat yazısında dəyişiklik aparılması yalnız həmin orqanın səlahiyyətlərinə aiddir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsinə izah verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi əsasənda verilmiş icra vərəqələrində göstərilən - “ünvan 1 evdən iddiaçı Tələbkar1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3m2 ) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi; “ünvan 1 evdən iddiaçı Tələbkar2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 m2 olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi- iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarda müvafiq dəyişiklik aparılmasını, mülkiyyətçilərin hər birinə ayrıca yeni texniki pasportların və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsini özündə ehtiva edir və bu sənədlərin verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsinə izah verilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-428/2023 nömrəli qətnaməsi əsasənda verilmiş icra vərəqələrində göstərilən - “ünvan 1 evdən iddiaçı Tələbkar1 73/288 hissə və 119/288 hissədən 28.0 kv.metr payına uyğun olaraq istifadəsində olan “A” literli tikilinin 1; 2; və 3 saylı, “Q” literli tikilinin 3 saylı (13.3m2 ) və “A” literli tikilinin həyət istiqamətinə 1.7 metr məsafədə sərhəd hasarı tikilməklə və ümumi sahəsi 75.73 m2 olan tikililərin yerləşdiyi 0.012000 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi; “ünvan 1 evdən iddiaçı Tələbkar2 119/288 hissədən 49.8 kv.metr payına uyğun olaraq istifadəsində olan “Q” tikilinin 1; 2; 4 və 5 saylı tikililəri, “B" literli tikilinin 1 və 4 saylı tikililəri və ümumi sahəsi 49.8 m2 olan tikililərin yerləşdiyi 0.008466 ha torpaq sahəsi naturada ayrılsın” ifadəsi - 2(004)-428/2023 nömrəli mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin əmlaklara dair daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarda müvafiq dəyişiklik aparılmasını, mülkiyyətçilərin hər birinə ayrıca yeni texniki pasportların və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsini özündə ehtiva edir və bu sənədlərin verilməsi üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar