Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-103/2022 21.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev borclu X3 məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin – borclu X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X1 4481,06 manat borc və 25,50 manat pul vəsaiti tutularaq Tələbkar MMC-yə ödənilməsi müəyyən edilmişdir. İcra sənədinin icrasına xx.xx.2016-cı il tarixli qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın üzərinə ünvan 2, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İcraat zamanı Tələbkar MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, tələb borclu X4 tərəfindən tam olaraq icra olunmuşdur. Belə olan halda X3 məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi məqsədə müvafiqdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 8(004)-170/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, borclu X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar MMC-nin xx.xx.2022-ci il tarixli, H31 nömrəli ərizəsindən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X2 Tələbkar MMC-yə olan borcu tam olaraq ödənilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-462/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu X4 tərəfindən borc tam olaraq ödənilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 8(004)-170/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. ünvan 2, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlakın üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-103/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-103/2022
21.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver