Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-104/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Fizuli qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1925/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi” barədə təqdimatına Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-966/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu mülkiyyətində olan “VAZ- 21033” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı və “BMW Z4” minik markalı, **-OB-*** dövlət qeydiyyat avtomaşınların üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “VAZ- 21033” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı və “BMW Z4” minik markalı, **-OB-*** dövlət qeydiyyat avtomaşınların üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1925/2016 saylı, xx.xx.2016 tarixli icra sənədinə əsasən Borclu 5274,16 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2016-cı il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borclulara könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmyaraq, iş üzrə Borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məcburi icra tədbirləri zamanı tələbin təmin edilməsi məqsədilə müvafiq təqdimatımıza əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-966/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə“VAZ- 21033” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı və “BMW Z4” minik markalı, **-OB-*** dövlət qeydiyyat avtomaşınların üzərinə həbs qoyulmuşdur. İş üzrə tələbkar Bakı Şəhəri Yasamal rayon icra şöbəsinə ərizə ilə müraciət edərək icra sənədi üzrə icraata xitam verilmişdir. Məcburi icra tədbirləri kimi Borclu məxsus “VAZ- 21033” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı və “BMW Z4” minik markalı, **-OB-*** dövlət qeydiyyat avtomaşınların üzərinə həbs qoyulmuş həbsin götürülməsini müvafiq hesab edir. İcra sənədi üzrə icra məmuruna, borclulara və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan icra məmurunun təqdimatına baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, borclunun əmlaklarının üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş Tələbkar ASC tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2018-cü il tarixli ərizənin surətindən görünür ki, 2(004)- 1925/2016 saylı, 21 yanvar 2016-cı il tarixli icra vərəqəsi üzrə Borclu tərəfindən ona ödənilməli olan pul vəsaiti tam şəkildə ödənilmişdir.Bu səbəbdən icra sənədinə xitam verilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1925/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Tələbkar ASC ərizə ilə müraciət edərək, borclu tərəfindən icra vərəqəsi üzrə ona ödənilməli olan borc məbləğinin tam ödənildiyini bildirdiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-966/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus olan avtomobillərin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət qalmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-966/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ-21033” minik markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı, “Nissan Sunny” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı və “BMW Z4” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-104/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-104/2024
09.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver