Məhkəmə qərarları › İş №8(004)-105/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-105/2023

07.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-105/2023 07.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Hakim Əlizadə Fariz Ariz oğlu X1 borclu X6 qarşı “əvvəlki dövr üçün yığılmış və növbəti aylar üçün nəzərdə tutulmuş aliment borcunun tam ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 borclu X6 qarşı “əvvəlki dövr üçün yığılmış və növbəti aylar üçün nəzərdə tutulmuş aliment borcunun tam ödənilməsi” tələbinə dair ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və ərizənin surəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Ərizənin ilkin araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən göstərilən tələbə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, ərizədə qeyd olunan xüsusatlarla bağlı münasibətlərə müvafiq məhkəmə qətnaməsi ilə qiymət verilərək icra mərhələsinə yönəldilmiş, hazırda müvafiq qətnamənin müvafiq icra qurumu tərəfindən icra olunması istiqamətində icra hərəkətləri davam etdirilir. Bu səbəbdən, icra orqanı tərəfindən tələbkarın tələbi təmin edilməklə borcludan müvafiq pul məbləğinin tutulmasının təmin edilməsi istiqamətində zəruri icra tədbirləri görülməlidir. Bundan əlavə, müvafiq ərizə üzrə iş icra icraatı qaydasında baxılmalı olan iş (8(004)-105/2023) kimi qeydiyyata alınsa da, müvafiq məsələlər “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununda tənzimlənmədiyindən, dispozitivlik prinsipi rəhbər tutulmaqla məhkəmə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə tələblə bağlı aidiyyəti üzrə qətnamənin icrasının həvalə edildiyi müvafiq icra qurumu və ya subordinasiya münasibətləri nəzərə alınmaqla icra qurumunun yuxarı orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə ərizəçiyə izah edir ki, ərizədə qeyd olunan xüsusatlarla bağlı qətnamənin icrasının həvalə edildiyi müvafiq icra qurumu və ya subordinasiya münasibətləri nəzərə alınmaqla icra qurumunun yuxarı orqanı olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilər. Eyni Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 borclu X6 qarşı “əvvəlki dövr üçün yığılmış və növbəti aylar üçün nəzərdə tutulmuş aliment borcunun tam ödənilməsi” tələbinə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar