Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-111/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2nun ərizəsinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8751/2016 saylı, xx.xx.2016cı il tarixli icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə və ərizənin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmasını nəzərə almaqla 2(004)-8751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi, yeni icra vərəqəsi verilməklə xx.xx.2023-cü il tarixindən etibarən yalnız X8 yetkinlik yaşına çatana qədər qazancının və başqa gəlirlərinin ¼ hissəsində ondan aliment tutulmasının davam etdirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırlmışdır ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-8751/2016 saylı icra sənədinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsində alimentin ondan tutularaq Tələbkar verilməsi qət edilmişdir. Məlum olduğu kimi xx.xx.2005-ci il təvəllüdlü X9 xx.xx.2023- ci il tarixində yetkinlik yaşına çatmışdır. İcra sənədindən göründüyü kimi xx.xx.2006-cı il təvəllüdlü X8 hələ yetkinlik yaşına çatmadığına görə xx.xx.2024-cü il tarixinə qədər həmin uşağa münasibətdə aliment öhdəliyi mövcud olmaqda davam edir. Buna baxmayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və (və ya) başqa gəlirlərimin dörddə bir hissəsi tutulmalıdır. Belə ki, tələbkar qarşısında aliment öhdəlikləri tam həcmdə, vaxtında və intizamla icra olunur, bununla bağlı Yasamal rayon İcra Şöbəsinə tələbkar tərəfindən hər hansı şikayət və narazılıq daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev izahatında bildirmişdir ki, bu kimi hallarda icra işi üzrə həm borclu, həm də tələbkar icra şöbəsinə dəvət olunur. Tələbkar özünün yazılı ərizəsi üzrə heç bir aliment borcunun olmadığına dair ərizə yazdıqdan sonra, icra artıq yetkinlik yaşına çatmış uşağa münasibətdə istisna olmaqla yetkinlik yaşına çatmış digər uşağa münasibətdə davam etdirilir. Bundan sonra əgər aliment əmək haqqından tutulursa borclunun iş yerinə alimentin yalnız bir uşağa yetkinlik yaşına çatmamış uşağa münasibətdə tutulması ilə bağlı məktub ünvanlanır, yəni əmək haqqının 1/3-i miqdarında deyil, ¼-i miqdarında aliment tutulsun, bir övlad üçün tutulma getsin. Vətəndaş özü onlara müraciət etməmiş, lakin özləri vətəndaşla əlaqə saxlayaraq, ona bununla bağlı ərizə yazmasını və mövcud məsələnin həll edilməsi ilə bağlı məlumat vermişlər. Buna baxmayaraq vətəndaş şöbəyə yaxınlaşmadan məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. X2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 8751/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, X10 və Tələbkar arasında 25 yanvar 2005-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 49 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 30 yanvar 2005-ci il tarixdə doğulmuş X5 və 04 oktyabr 2006-cı ildə anadan olmuş X6 anaları Tələbkar yanında qalmalarının müəyyən edilməsi, X3 30 yanvar 2005-ci il tarixdə doğulmuş X5 və 04 oktyabr 2006-cı ildə anadan olmuş X1 üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında Tələbkar xeyrinə alimentin tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Göründüyü kimi, borclunun öz ərizəsində qeyd etdiyi tələb icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsini ehtiva etmir. İcra məmurunun da məhkəmə iclasında verdiyi izahatdan görünür ki, bu kimi hallarda icra işi üzrə həm borclu, həm də tələbkar icra şöbəsinə dəvət olunur. Tələbkar özünün yazılı ərizəsi üzrə heç bir aliment borcunun olmadığına dair ərizə yazdıqdan sonra, icra artıq yetkinlik yaşına çatmış uşağa münasibətdə istisna olmaqla yetkinlik yaşına çatmamış digər uşağa münasibətdə davam etdirilir. Hazırda icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi üçün məhkəmə baxışı zamanı hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, hər hansı icra sənədi üzrə icra mərhələsində tərəflərin müraciətinə əsasən yenidən icra vərəqəsinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, sadalanan qanun normalarına əsasən, məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8751/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2nun ərizəsi təmin edilməsin. Borcluya məsələ ilə bağlı Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-111/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-111/2023
15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver