Məhkəmə qərarları › İş №8(004)-111/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-111/2025

06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-111/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı , Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “borclunun məcburi gətirilməsi haqqında” Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun təqdimatına məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “borclunun məcburi gətirilməsi haqqında” təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Rasim Hüseynov xx.xx.2025ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, zərurətin aradan qalması səbəbindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu barəsində verilmiş “borclu şəxsin məcburi gətirilməsi” haqqında təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Rasim Hüseynov tərəfindən təqdimatın qaytarılmasına dair ərizə daxil olduğundan təqdimat və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynova geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə “borclunun məcburi gətirilməsi haqqında” Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Rasim Hüseynovun təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar