Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-114/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Tələbkar, Bakı şəhəri Yasamal rayon icra şöbəsini icra məmuru Bəhruz Bayramovun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan X1 Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Tələbkar xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 10:00-dan 13:00-dək ünsiyyətdə olma qaydası müəyyən edilmişdir. Həmin icra sənədi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə borclu X2 göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınmışdır. Borclu X1 məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramov izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən tələbkarın öz uşağı ilə hər həftə ünsiyyətdə olma qaydası müəyyən edilmişdir. Lakin borclu görüşü təmin etmir, açıq-aşkar qərarın icrasından yayınır, qərəzlidir. Tələbkar isə öz uşağını görmək istəyir. Borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılan zaman təhqiramiz ifadələr işlədir. Odur ki, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatla razı olduğunu bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra işi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu X3 Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, iddiaçı (tələbkar) Tələbkar xx.xx.2015-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 10:00-dan 13:00-dək ünsiyyətdə olma qaydası müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu X2 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclu X2 icra sənədinin icrası barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli X2 ünvanlanmış çağırış məktubunun surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra tədbiri xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş, bununla əlaqədar təyin olunmuş gün və vaxtda Yasamal rayon icra şöbəsinə uşaqla birlikdə gəlməyi borcludan xahiş olunmuşdur. 26 dekabr 2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlmədiyi halda onun məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli borclu X1 adına ünvanlanmış məktubun surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı “borclunun məcburi gətirilməsi haqqında” icra məmurunun qərarı borcluya göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, borclu X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icranı könüllü icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlməkdən, eləcə də icra sənədinin icrasını təmin etməkdən üzürsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan X3 Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-114/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-114/2023
21.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver