Məhkəmə qərarları › İş №8(004)-12/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-12/2024

11.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-12/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1969/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu MMC-nin rəhbəri X2 məcburi qaydada gətirilməsi haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (004)-1969/2023 nömrəli icra sənədinə əsasən Tələbkar ilə “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli WORK22/09 nömrəli “Kanada dövlətindən iş vizası alması üçün viza dəstəyi” haqqında xidmət müqaviləsi ləğv edilməli, borclu “ABROAD" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə geri qaytarılmamış 5.800 manat xidmət haqqı, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat, hüquqi yardım göstərilməsi üçün çəkilmiş 500 manat xərc, etibarnamə verilməsinə görə ödənilmiş 17,25 manat xidmət haqqı, ödənilmiş 94,40 manat dövlət rüsumu, cəmi 6.911,65 (altı min doqquz yüz on bir manat altmış beş qəpik) manat pul tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1969/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu MMC -nin rəhbəri - xx.xx.1996-ci ildə Beyləqan rayonu Xalac kəndində doğulmuş, Füzuli rayonu Əbdürəhmanlı kəndində qeydiyyatda olan X2 məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə icraat zamanı Borclu MMC-nin rəhbəri X1 olaraq icra sənədinin icrasını təmin etməmiş və Yasamal rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayınır. Məhkəmə tələbkara, icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2 (004)-1969/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu MMCnin rəhbəri X3 məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu üzürlü səbəblər olmadan icra məmurunun çağırışı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlməkdən yayınır və icra sənədinin icrasını təmin etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburudir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 3.1, 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1969/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ev 44 olan Borclu MMC-nin rəhbəri - xx.xx.1996-ci ildə Beyləqan rayonu Xalac kəndində doğulmuş, Füzuli rayonu Əbdürəhmanlı kəndində qeydiyyatda olan X3 (FİN: 65EXPG7) məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə, Füzuli rayon Polis Şöbəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar