Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-120/2022 24.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlqar Allahverdiyevin borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlqar Allahverdiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8915/16 saylı, 28.06.2016-cı il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “QAZ 3110 101” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8915/16 saylı, 28.06.2016-cı il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 1693,74 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumu tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, Borclu icra sənədinin icrasını təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərməmişdir. Müvafiq orqanlara sorğular edilmiş və Borclu mülkiyyətində “QAZ 3110 101” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir.. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalı və məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə, borcluya məxsus olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8915/16 saylı, 28.06.2016-cı il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “QAZ 3110 101” minik markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-120/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-120/2022
24.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver