Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-120/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi, X13 maraqlı şəxs qismində cəlb edilməklə) “uşağın övladlığa götürülməsi”nə dair ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5616/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi, X13 maraqlı şəxs qismində cəlb edilməklə) “uşağın övladlığa götürülməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladlığa götürülən X6 onun övladlığına verilməsini və X6 doğum haqqında şəhadətnaməsində ata adı və soyadı dəyişdirilərək X4 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5616/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmuş X6 X3na övladlığa verilməsi, X6 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmasına dair Çkalov rayonu vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsində 25 fevral 2010cu il tarixdə, aparılmış 516 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, ata qrafasında «atası X9, milliyyəti «azərbaycanlı» kimi göstərilməsi, digər məlumatların dəyişdirilmədən saxlanılması, uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi və məlumatların doğum haqqında akt qeydləri kitabına yazılması qət edilmiş və qətnamənin icrası Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5616/2023 saylı, xx.xx.2023-cü il qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5616/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra olunması üçün izahın verilməsini xahiş etmişdir. Ərizə onunla əslandırılmışdır ki, qətnamənin qət etdi hissəsində xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmuş X6 X3na övladlığa verilməsi qeyd edilmişdir. X2 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmasına dair Çkalov rayonu vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsində 25 fevral 2010-cu il tarixdə, aparılmış 516 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, ata qrafasında «atası X9, milliyyəti «azərbaycanlı» kimi göstərilmiş, həmçinin digər məlumatların dəyişdirilmədən saxlanılması qeyd edilmişdir. Lakin uşaq qrafasında ata adının dəyişdirilməsi barədə hər hansı bir göstəriş qeyd edilməmişdir. İşdə iştirak edən tərəflərə, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinin tələbinə uyğun olaraq işdə iştirak edın şəxslərin iştirakı olmadan qətnamənin izah edilməsi məsələsinə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5616/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası zamanı çətinlik yaranmış, yəni qətnamədə uşaq qrafasında ata adının dəyişdirilməsi barədə göstəriş qeyd edilməmişdir. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət vardır. Məhkəmə qeyd edir ki, yaranmış çətinliyin aradan qaldırılması və qətnamənin icrasının təmin edilməsi məqsədilə qətnaməyə izah verilməli, qətnamənin qət etdi hissəsindəki - “X6 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmasına dair Çkalov rayonu vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsində 25 fevral 2010cu il tarixdə, aparılmış 516 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, ata qrafasında «atası X9, milliyyəti «azərbaycanlı» kimi göstərilsin” ifadələri - “X6 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmasına dair Çkalov rayonu vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsində 25 fevral 2010-cu il tarixdə, aparılmış 516 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, uşaq qrafasında soyad “Əkbərova”, ata adı “Şəhriyar”, ata qrafasında «atası X9, milliyyəti «azərbaycanlı», doğum tarixi «xx.xx.1988-ci il» kimi göstərilsin” kimi başa düşülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5616/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5616/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qət etdi hissəsindəki - “X6 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmasına dair Çkalov rayonu vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsində 25 fevral 2010cu il tarixdə, aparılmış 516 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, ata qrafasında «atası X9, milliyyəti «azərbaycanlı» kimi göstərilsin” ifadələri - “X6 xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhərində doğulmasına dair Çkalov rayonu vətəndaşlıq vəziyyəti akt qeydi şöbəsində 25 fevral 2010-cu il tarixdə, aparılmış 516 nömrəli doğum akt qeydində dəyişiklik edilərək, uşaq qrafasında soyad “Əkbərova”, ata adı “Şəhriyar”, ata qrafasında «atası X9, milliyyəti «azərbaycanlı», doğum tarixi «xx.xx.1988-ci il» kimi göstərilsin” kimi başa düşülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xudayev Kərim
Məhkəmə qərarları › İş №8(004)-120/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-120/2024
13.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver