Məhkəmə qərarları › İş №8(004)-121/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-121/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-121/2024 26.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Borclu-Tələbkar Məhiyəddin qızının və tələbkar-Borcluş qızının iştirakı ilə Borclu-Tələbkar Məhiyəddin qızının tələbkar-Borcluş qızına qarşı “məhkəmə qərarının icrası zamanı tutulmalı pul məbləğinin indeksasiya olunmasına dair” borclu-Tələbkar Məhiyəddin qızının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu-Tələbkar Məhiyəddin qızı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli qətnaməsi üzrə hazırkı tarixədək ödənilməli məbləği indeksasiya tətbiq edilməklə (39036 + 16590 = 55626) ümumilikdə 55.626 manat pulun tələbkar-Borcluş qızından tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar-Borcluş qızı xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz göndərərək, Tələbkar Məhiyəddin qızının ona qarşı “ödənilməli olan pul vəsaitinin indeksasiya edilməsi haqqında” ərizəsinin rədd edilməsini xahiş etmişdir. Borclu-Tələbkar Məhiyəddin qızı məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli qətnaməsi ilə Borcluş qızından 39.036 manat tutularaq ona ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Lakin, icra sənədi üzrə 39.036 manat borc tam olaraq ona ödənilsə də, həmin məbləğə harda ev alması mümkün deyildir. 2017-ci ilə müqayisədə bu gün mənzillərin bazar qiymətinin yuxarı qalxdığını və buna görə də həmin məbləğə ev almağın mümkün olmadığını bildirdi. Qüvvədə olan qanunvericiliyə görə borclu tərəfindən hazırkı tarixədək ona ödənilməli olan 39.036 manat məbləğ xx.xx.2017-ci il tarixdən 2023-cü ilin dekabr ayınadək olan müddət üçün DSK-nin internet saytında olan “istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator” vasitəsilə (https://www.azstat.org/pr03101011/) 2017ci ilin mart ayından 2023-cü ilin dekabr ayına nisbətən istehlak qiymətləri indeksi 142,5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 42,5 faiz artmışdır. Deməli ona ödənilməli olan vəsaitinə də 42,5 faiz indeksasiya tətbiq edilməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-421/2017 nömrəli qətnaməsi üzrə hazırki tarixədək ödənilməli məbləği indeksasiya tətbiq edilməklə (39036+16590=55626) ümumilikdə 55626 manat təşkil edir. 39036 manat ona tam şəkildə ödənilmişdir. Odur ki, Borcluş qızından 16590 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Tələbkar-Borcluş qızı məhkəmə iclasında ərizəni əsassız hesab etdi və izahatında bildirdi ki, Tələbkar Məhiyəddin qızının “ödənilməli olan pul vəsaitinin indeksasiya edilməsi barədə” ərizəsi əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli icra sənədinə əsasən Tələbkar Məhyəddin qızı tərəfindən ona Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi 15 saylı fərdi yaşayış evinin 3 otağının alınması məqsədi ilə verilmiş 30.000 manat beh və təmirinə xərclənmiş 8.536 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 39.036 manat pul vəsaiti ondan tutularaq Tələbkar Məhyəddin qızına ödənilməklə, Tələbkar Məhyəddin qızının və digərlərinin ona məxsus olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Qətnamənin eyni anda, yəni pul məbləğinin ödənilməsi ilə evin boşalmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamə 2024-cü ilin yanvar ayında icra sənədi tərəfindən icra edilmiş, borc məbləği tam şəkildə ödənilmiş və bununla bağlı olaraq Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Anar Əyyubov tərəfindən “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Qətnamə üzrə verilmiş icra sənədinin evdən çıxarılma hissəsi də icra edilmişdir, fərdi yaşayış evində faktiki yaşayan kirayənişinlər evdən çıxarılmış və fərdi yaşayış evi boşaldılaraq ona təhvil verilmişdir. xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 42.500 manat satdığı 1-ci mərtəbədəki 100 kv.m 3 otaqlı, ayrıca küçədən girişi olan evə Akif adlı makler Mahirə adlı alıcı gətirmişdir. Mahirə evi bəyənmiş və elə o gecə 30.000 manat verərək geri qalan 12.500 manatı da verəcəyini bildirmişdir. xx.xx.2014-cü il tarixdə Mahirə öz ad günündə əşyaları ilə birlikdə evə köçərək, “Sovetski” adlanan ərazidə ona məxsus olan evin sökülməsini, onun müqabilində alacağı puldan isə borcunun geri qalan hissəsini ödəcəyini bildirmişdir. Daha sonra makler və alıcı ona 12.500 manat vermələri barədə saxta müqavilə hazırlamışlar. Lakin keçirilən ekspertiza nəticəsində müqavilənin saxta olması müəyyən olunmuşdur. 2016-cı ildən Mahirə Yasamal rayonu İİ Alatava 98 H ünvana köçüb getmiş, 3 otaqlı mənzilin isə 2 otağını 1 gün belə ara vermədən 8 il ərzində kirayəyə vermişdir. İcraata başlamaq haqqında qərar qəbul edilməmişdən xeyli qabaq Borcluş qızı ödənişlər etməyə başlamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 100 manat olmaqla 800 manat bank vasitəsilə icra şöbəsinin depozit hesabına tələbkara verilməsi üçün ödəniş etmişdir. Həmçinin o, 2020-ci ildə Tələbkar Məhiyəddin qızının yaşadığı - Yasamal rayonu İİ Alatava 98 H ünvana pul göndərmiş, tələbkar isə həmin pulu qəbul etməyərək geri göndərmişdir. Mənzil müxtəlif tarixlərdə müxtəlif şəxslərə 180-300 manat aralığında kirayəyə verilmişdir. İcra sənədi icra edilərkən fərdi yaayış evi kirayənişinlər Mayis, Kamran və Şəfiqə adlı şəxslərdən təhvil alınmışdır. Həmçinin bu illər ərzində fərdi yaşayış evinin 1-ci mərtəbəsinə aid kommunal xərcləri, işiq, qaz və su ilə bağlı ödənişlər onun tərəfindən ödənilmişdir. Ona məxsus olan Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi 15 saylı fərdi yaşayış evi 2014-cü ildən 2024-cü ilə kimi Tələbkar Məhiyəddin qızının istifadəsində olmuşdur və həmin müddət ərzində Tələbkar Məhiyəddin qızı onun evini kirayəyə verməklə gəlir əldə etmişdir. Tələbkar Məhiyəddin qızı evin pulunu tam ödəmədiyinə görə, o, Tələbkar Məhiyəddin qızına qarşı evin boşaldılması ilə bağlı iddia qaldırmışdır. O, qətnaməyə əsasən ödəməli olduğu 39.036 manat pulu tam olaraq Tələbkar Məhiyəddin qızına ödəmişdir. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilmişdir. Hesab edir ki, Tələbkar Məhiyəddin qızının ərizəsi əsassızdır. Bu səbəbdən ərizənin rədd edilməsini xahiş edir. Məhkəmə ərizəyə baxılmasının yeri və vaxtı barədə icra məmuruna məlumat versə də, icra məmuru məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinin tələbinə uyğun olaraq icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-182/2016-cı il nömrəli qətnaməsi ilə iddiaçı Borclu cavabdehlər X3, Tələbkar, X4 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası, cavabdeh Tələbkar iddiaçı Borclu qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. Borclu tərəfindən Tələbkar Bakı şəhəri Yasamal rayonu V.Əliev küçəsi 15 saylı fərdi yaşayış evinin 3 otağının alınması məqsədi ilə verilmiş 30.000 manat beh, həmin otaqların təmirinə xərclənmiş 7.650 manat və mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 38.150 manat pul vəsaiti ödənilməklə X3, Tələbkar, X4 və X1 Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi 15 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Pul vəsaitinin ödənilməsi və mənzildən çıxarılmanın eyni zamanda icra edilməsi qət edilmişdir. İlk və qarşılıqlı iddialar qalan hissələrində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli qətnaməsi ilə cavabdeh Tələbkar apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi - təmir xərclərinə görə tutulan məbləğ hissəsində (7650 manat hissəsində) dəyişdirilmişdir. Təmir xərclərinə görə tutulan məbləğ 8536 manat müəyyən edilmişdir (7650+886=8536). Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli icra vərəqəsinə əsasən Borclu 39.036 manat vəsaiti Tələbkar tam olaraq ödəmişdir. Borclu-Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli icra vərəqəsi üzrə pulun tam şəkildə ona ödənildiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar-Borclu xx.xx.2024-cü il tarixli ərizə ilə xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra şöbəsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli icra vərəqəsində göstərilən evi təhvil aldığını bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli icra vərəqəsinə əsasən Borclu 39.036 manat vəsaiti Tələbkar tam olaraq ödəmişdir. Bakı şəhəri Yasamal rayonu V.Əliev küçəsi 15 saylı fərdi yaşayış evinin 3 otağı tələbkar-Borclu təhvil verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi” haqqında qərardan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Anar Əyyubov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmış və tələbin icrası ilə bağlı borcluya xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişdir. İcrrat zamanı icra şöbəsinə təqdim edilmiş ərizələrə əsasən icra sənədində göstərilən tələblərin təmin edildiyi məlum olmuşdur. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilmişdir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Məhkəmə qərarına əsasən ödənilməli olan pul məbləği bu qanunla tənzimlənən indeksləşdirmə obyekti olmasa da, həmin qanunda verilən indeksləşdirmənin mahiyyətini və məqsədini əks etdirən tərif məhkəmə qərarına əsasən ödənilməli olan pul məbləğinin indeksasiyasına da tətbiq oluna bilər. Bu mənada MPM-nin 232-ci maddəsində ödənilməli olan pul məbləğinin indeksasiyasına dair prosessual hüquq normasının müəyyən olunmasının məqsədi tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunmasından ibarətdir. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərdən qorunması məqsədi ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyasının artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülür. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Borclu qətnaməni hətta üzrlü səbəblərdən vaxtında icra etməsə belə, bu, həmin qətnamə üzrə ödənilməli olan pul məbləğinin indeksasiyasının həyata keçirilməsini istisna etmir. Məhkəmə Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi 15 saylı fərdi yaşayış evi xx.xx.2014cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan 8 il ərzində Tələbkar Məhiyəddin qızının istifadəsində olduğunu və həmin müddət ərzində evdən istifadə etdiyini (tələbkar-Borclu bildirdiyinə görə kirayəyə verərək gəlir əldə etmişdir), bu müddət ərzində tələbkar-Borclu öz evindən istifadə edə bilmədiyini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)- 421/2017 nömrəli icra vərəqəsində (Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-182/2016-cı il nömrəli qətnaməsi) pul vəsaitinin ödənilməsi və mənzildən çıxarılmanın eyni zamanda icra edilməsinin qət edildiyini, pulun ödənilməsinin xx.xx.2024-cü il tarixdə və evin boşaldılmasının xx.xx.2024-cü il tarixdə həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, qətnamənin icrası ilə bağlı tərəflər eyni hüquq və vəzifələrə malik olmuşlar. Qətnamənin icrası zamanı Tələbkar Məhiyəddin qızı hər hansı bir maddi zərərə məruz qalmamışdır. Bu səbəbdən hazırkı iş üzrə indeksasiya tətbiq ediməsi mümkün deyildir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 232, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-421/2017 nömrəli qətnaməsi ilə tələbkar-Borcluş qızından borclu-Tələbkar Məhiyəddin qızının xeyrinə tutulmalı olan cəmi 39.036 manat pulun xx.xx.2024-cü il tarixədək indeksasiya edilməsi və (39.036+16.650=55.626) ümumilikdə 55.626 manat pulun tələbkar-Borcluş qızından tutularaq borclu-Tələbkar Məhiyəddin qızına ödənilməsinə dair” borclu-Tələbkar Məhiyəddin qızı tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan rəsmi qayDadaş verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar