Məhkəmə qərarları › İş №8(004)-123/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-123/2023

27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-123/2023 27.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi Tələbkar iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4715/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4715/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)- 4715/2022 saylı, xx.xx.2022-cı il tarixli icra vərəqəsinə əsasən Borclu 5470 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanunla müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. “İcra haqqında” AR Qanunun 44.1.3-ci maddəsinin tələblərinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. İcraat zamanı məlum olmuşdur ki, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********59 reyestr nömrəli ünvan 1i ünvanında yerləşən 0.05 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsini rəhbər tutaraq borclu X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümümi sahəsi 78.30 m2 olan zirzəminin üzərinə həbs qoyulması barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4715/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən heç bir ödəniş olunmamışdır. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Borcluya və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya məhkəmə əmrinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirə salınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4715/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 5470 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4715/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0,05 ha torpaq sahəsi Borclu mülkiyyətindədir. Məhkəmə icraat üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4715/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(002)-4715/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.05 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar