Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-125/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin, Borclu Quliyeva X4 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tərəflər arasında barışıq sazişinin təsdiq olunması barədə təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiqinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-ci il tarixli qərarla icraatına başlanılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar və iddiaçı Tələbkar qanuni nümayəndəsi olduğu X1 və cavabdeh Borclu hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi Tələbkar ödənilməsi, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərcinin cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İddiaçı Tələbkar və cavabdeh Borclu arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatın təmin olunaraq barışıq sazişinin təsdiq olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclu Quliyeva X8 təqdimatın təmin olunaraq barışıq sazişinin təsdiq olunması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəfləri dinləyib, barışıq sazişini və icra işi materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, icra işi materiallarında olan və hazırki iş materiallarına əlavə edilmiş materiallara əsasən müəyyən edilir ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar və iddiaçı Tələbkar qanuni nümayəndəsi olduğu X1 və cavabdeh Borclu hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılması və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi Tələbkar ödənilməsi, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərcinin cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. - Tələbkar Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh Borclu ilə aralarında razılığa gəldiklərini bildirmiş və qeyd olunan icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasının sədri Təravət Muradovanın Bakı şəhəri Notariat Kontoruna ünvanladığı 5-21/2-Q-170-166/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Yasamal Rayon icra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına vətəndaş Tələbkar müraciət edərək, övladı xx.xx.2009-cu il təvəllüdlü X1 paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə (satılmasına, dəyişdirilməsinə, bağışlanılmasına) razılıq verilməsini xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2009-cu il təvəllüdlü X1 paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə (satılmasına, dəyişdirilməsinə, bağışlanılmasına) etiraz etmədiyini bildirmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasının sədri Təravət Muradovanın Tələbkar ünvanladığı 5-21/2-Q-170-166/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə (satılmasına, dəyişdirilməsinə, bağışlanılmasına) razılıq verilməsinə dair notariat kontoruna məktub göndərildiyi bildirilmişdir. - Tələbkar notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən o, qaynanası Borclu ilə öz aralarında razılığa gəldiklərini, onun ona qarşı heç bir iddiasının, tələbinin və şikayətinin olmadığını bildirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, tərəflər hazırda razılığa gəlmişlər. Belə ki, məhkəməyə təqdim edilmiş Tələbkar (“İ Tərəf”) ilə Borclu (“İİ Tərəf”) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: 1.1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Tələbkar və iddiaçı Tələbkar qanuni nümayəndəsi olduğu X1 və cavabdeh Borclu hər birinin 1/3 hissədə paylı mülkiyyətçisi olduqları ünvan 1 ünvanında olan 22 saylı mənzil açıq hərrac vasitəsilə satılsın və hərracdan əldə olunmuş vəsait paylara mütənasib şəkildə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Borclu tutularaq iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi Tələbkar ödənilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh Borclu tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. 1.2 Tərəflər bəyan edirlər ki, aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll edirlər. 1.3 İcra haqqında Azərbaycan Respublikasının Qanunun 20.1.2-ci maddəsinə uyğun olaraq, tərəflər icra işini bilavasitə özləri barışıq sazişi bağlamaqla qurtarırlar. 1.4 Tərəflər bəyan edirlər ki, barışıq sazişinin bağlanmasının hüquqi nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir.
2. Sazişin şərtləri: 2.1 Tərəflər hazırkı sazişlə razılığa gəlirlər ki, (“İ Tərəf”) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanında olan 22 saylı mənzilə dair 1/3 hissədə payını, həmçinin (“İ Tərəf”) həmin qətnamə üzrə X1 qanuni nümayəndəsi olaraq ona çatası həmin mənzildən 1/3 hissədə payını (“İİ Tərəf”)in xeyrinə imtina edir, qarşılığında (“İİ Tərəf”) 64.000 (altmış dörd min) manat məbləğində pul vəsatini (“İ Tərəf”)ə ödəyir.
3. Sazişin müddəti 3.1. Bu barışıq sazişi tərəflərin imzası ilə təsdiq edilir və imzalandığı andan qüvvəyə minir.
4. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 4.1 Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, tərəflərin barışıq şazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 4.2 Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 4.3 Bu sazişin bir nüsxəsi Tələbkar, bir nüsxəsi Borclu qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün məhkəməyə təqdim olunur. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə iddiaçı və iddiaçı X1 qanuni nümayəndəsi Tələbkar ilə cavabdeh Borclu arasında bağlanmış olan aşağıdakı məzmunda xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin: “Tərəflər aşağıdaki baradə razılığa gəldilər: 2.1. Tərəflər hazırkı sazişlə razılığa gəlirlər ki, (“İ Tərəf”) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3722/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanında olan 22 saylı mənzilə dair 1/3 hissədə payını, həmçinin (“İ Tərəf”) həmin qətnamə üzrə X1 qanuni nümayəndəsi olaraq ona çatası həmin mənzildən 1/3 hissədə payını (“İİ Tərəf”)in xeyrinə imtina edir, qarşılığında (“İİ Tərəf”) 64.000 (altmış dörd min) manat məbləğində pul vəsatini (“İ Tərəf”)ə ödəyir.” Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Toğrul Axundov