Məhkəmə qərarları › İş №8(004)-133/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-133/2023

07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-133/2023 07.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanu Ədalət qızının katibliyi, Yasamal rayon icra şöbəsinin icra məmuru X2, Borclu iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Yasamal rayon icra şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Abbaszadə Günay Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu Yasamal rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Odur ki, xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında faktiki olaraq yaşayan Borclu məcburi qaydada Yasamal rayon icra şöbəsinə gətirilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Borclu təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon icra şöbəsinin icra məmuru X4 təqdimatın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə borclununvə icra məmurunun izahatlarını dinləyib, təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru iş üzrə borclunun onun çağırışlarına getməməsini təqdimatda qeyd etsə də, iş üzrə Borclu məhkəmə iclasında iştirak etidiyindən təqdimatın təmin olunmasına, yəni borclunun Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsinə zərurət qalmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7108/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1980-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Abbaszadə Günayın təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar